01-05-2014 [11:41]
Goranboyun Təhsil Şöbəsinin müdiri Anar Mayılov Təhsil nazirinin rayona səfərindən sonra kənd məktəblərinin direktorlarını şübhəli şəkildə dəyişməyə başlayıb.
Bu barədə "Axar.az”a Goranboy Rayon Təhsil Şöbəsindəki mənbədən məlumat daxil olub.
Mənbə Təhsil naziri Mikayıl Cabbarovun Goranboyda olduğu zaman ona edilən şikayətlərdən heç birinə baxılmadığını bildirib:
"Təhsil naziri Goranboyda olanda hər kəs sevinirdi. Nə qədər insandan şikayət daxil olmuşdu. Lakin bu şikayətlərin heç birinə nəzər yetirilmədi. Anar Mayılov Təhsil Şöbəsinin müdir müavini, hətta müdir əvəzedicisi olan zaman bu şikayətlərin heç birinin yerinə yetirilməsinə cəhd etməyib”.
Mənbə Anar Mayılovun Təhsil nazirinin Goranboyda olmasından istifadə edərək, bəzi məktəb direktorlarına təmənna ilə yanaşdığını bildirib:
"Təhsil naziri rayondan gedəndən sonra Yenikənd, Yeniyol, Dəyirmanlar kəndlərinə yeni məktəb direktorları təyin edildi. Şöbənin özündə isə belə bir fikir dolaşır ki, Anar Mayılov bu işi müəyyən təmənna müqabilində edib. Rayonda 60 ümumtəhsil məktəbi var və direktorların hazırda öz vəzifələrini qoruyub-saxlamaq məsələsi müzakirə olunur”.
Mənbə həmçinin artıq Goranboy məktəblərində frontal yoxlamaların da aparıldığını söyləyib:
"Anar Mayılovun heç bir pedoqoji təhsili olmayan yaxınları rayon ərazisində keçirilən məktəblərin ümumi yoxlamasına rəhbərlik edirlər. Heç bir pedoqoji təhsili olmayan şəxslərin məktəb yoxlamalarına cəlb olunması narazılıq yaradıb. Onlardan biri Şahmat məktəbinin direktoru Elçin adlı şəxsdir. Digəri isə Eyvazalılar məktəbinin direktoru Göyüş müəllimdir”.
Goranboy Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlasaq da, suallarımıza məntiqli cavab ala bilmədik. Zəngimizə cavab verən şəxs bizi Anar Mayılovla əlaqələndirmək imkanında olmadığını söylədi.
Məsələ ilə əlaqədar Təhsil Nazirliyi yazılı sorğumuza yalnız bir cümlə ilə cavab verib:
"Göstərilən faktlarla bağlı Təhsil Nazirliyində məlumat yoxdur”.
Xatırladaq ki, Anar Mayılov 2010-cu ildə Goranboy-Neftçala seçki dairəsindən millət vəkili seçilən Mahir Aslanovun qohumudur. Üç aydır Goranboyda Təhsil Şöbəsinin müdirini əvəz edir. Adının nurçularla bağlı hallandırılması da diqqət çəkir.
- See more at: http://axar.az//news/16309#sthash.EnrkMobZ.dpufƏli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi