Rəsmi Bakıdan Miyatoviçin bəyanatına reaksiya: "Fakt budur ki, Rusiya sülhməramlıları və..."
23-12-2022 [11:14]
"Avropa Şurasının İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviçin Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatı qərəzli olmaqla yanaşı, yerdəki reallıqları əks etdirmir. Komissar görünür ki, növbəti dəfə ikili standart və selektiv yanaşma tətbiq etməkdədir".
Mia.az xəbər verir ki, bu, Azərbaycan XİN-in Avropa Şurasının İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviçin Laçın yolu ətrafında vəziyyət ilə əlaqədar bəyanatı barədə şərhində deyilir.
XİN bildirib ki, Dunya Miyatoviçin həm keçmiş münaqişə dövründə yüz minlərlə azərbaycanlının acınacaqlı humanitar vəziyyətinə və insan haqlarına, həm də 2020-ci il müharibəsindən sonra Azərbaycana qarşı humanitar hüququn kütləvi pozuntularına diqqət yetirməməsi fonunda, Qarabağda yaşayan erməni sakinlərin hüquqlarına dair bəyanat verilməsi Miyatoviçin məsələlərə göstərdiyi qərəzin nümunəsidir:
"Eyni zamanda, 44 günlük müharibə müddətində beynəlxalq humanitar hüququ açıq şəkildə pozmaqla Ermənistanın törətdiyi hərbi cinayətləri, münaqişə zonasından xeyli kənar şəhərlərdə mülki əhaliyə qarşı hücumları, müharibədən sonra 276 azərbaycanlının mina qurbanı olması ilə nəticələnən mina təhdidlərini və bununla məcburi köçkünlərin evlərinə qayıtmasına törədilən maneələri Miyatoviçin göz ardına aldığı məlumdur. Bu xüsusda, komissarın sözügedən bəyanatı ən azı səmimiyyətdən uzaqdır.
Bununla yanaşı, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc etirazlara Miyatoviç tərəfindən qərəzli mövqe nümayiş etdirilməsi anlaşılan deyil.
Bundan əlavə, komissara xatırlatmaq istərdik ki, bəyanatında bəhs etdiyi “Dağlıq Qarabağ əhalisi” anlayışı mövcud deyil. Keçmiş “Dağlıq Qarabağ”ın azərbaycanlı əhalisi məhz Ermənistanın bədnam etnik təmizləmə siyasəti nəticəsində bu ərazilərdən qovulub və hal-hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməni sakinlər əhalinin bütün seqmentlərini təmsil etmir.
Xarici İşlər Nazirliyinin son bir neçə gün ərzində verdiyi bəyanatlarda qeyd edildiyi kimi, guya Laçın yolunun bağlanması, bölgədə “humanitar fəlakət” yarandığı barədə Miyatoviçin təkrarladığı iddialar eynilə əsassızdır. Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Fakt budur ki, ötən günlərdə Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoyları, erməni təcili tibbi maşınları daxil olmaqla, bir sıra nəqliyyat vasitələri heç bir maneə olmadan yoldan keçib. Azərbaycan hökuməti həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Beləliklə də, Avropa Şurasının komissarı növbəti dəfə işinin müstəqilliyi və qərəzsizliyini şübhə altına alıb. Bununla yanaşı, komissarın bəyanatı bölgədə sülh və əmin-amanlığa töhfə vermir.
Bir daha, komissarı mandatının tələb etdiyi kimi qərəzsiz olmağa və Avropa Şurasının nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi