Qərb bölgəsinin dindarları İran xəyanətdə ittiham edir - Bəyanat
21-12-2022 [18:26]
Azərbaycan müstəqillik əldə etdikdən sonra İran bizə qarşı münasibətdə çox dəyişib. Bilərəkdən uzun illər bizi bir-birimizə bağlayan bütün dəyərlərin üstündən xətt çəkib. Birinci Qarabağ müharibəsindən bu günə kimi gah gizli, gah da aşkar formada düşmənlərimizin yanında olub, onlara hər cür kömək göstərib.
Mia.az Reyting.az-a istinadla xəbər verir ki, bu fikirlər Azərbaycanın Qərb bölgəsində yaşayan dindarların bəyanatında əks olunub.
Bəyanatda qeyd olunur ki, dəfələrlə irad bildirilməyinə baxmayaraq, İran Azərbaycana qarşı ədalətsiz münasibətini dayandırmayıb, əksinə, bu ədalətsizliyini daha açıq şəkildə davam etdirib:
“Demək yerinə düşər ki, Azərbaycan dünya miqyasında tolerantlıq ənənələrinin qorunmasında nümunə olacaq ölkə kimi qiymətləndirilib. Biz Qərb bölgəsinin dindarları real faktlara söykənərək bildiririk ki, vətənimizdə dini və etnik zənginlik həmişə diqqətdə saxlanılıb, xalqımız tolerantlıq ənənələrini tarix boyu yaşadıb və inkişaf etdirib. Amma “din qardaşı” adlandırdığımız İran hansısa səbəbdən hər an bizə zərbə vurmağa, erməniləri hər vəchlə müdafiə etməyə can atıb və bunu edib. Ermənilər Azərbaycanın işğal altında olan ərazilərindəki dini dəyərlərimizi təhqir edəndə, məcsidlərimizdə donuz saxlayanda, onları uçurub xarabalığa çevirəndə İran səsini çıxarmayıb. Bu az imiş kimi, İran daim erməni terroçularını silahlandırıb, qələbəmizə nifrətlə yanaşıb, beləcə də əllərini Azərbaycanın şəhid oğullarının qanına batırıb”.
Dindarlar bəyan edir ki, İran bu gün də Azərbaycana haqsız nifrətini davam etdirir, ədalətli qələbəsini qəbul edə bilmir, hətta Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” hesab edir:
“Vətən müharibəsi zamanı dinindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlarımızın haqq işində birlik nümayiş etdirməsi çox qürurverici hal kimi tarixin səhifələrinə həkk olundu. Lakin qələbəmizi qəbul etməyən İran düşmən xislətlini gizlətmədi, özünü müsəlman adlandırsa da, İslam dinini siyasiləşdirərək bədnam qonşumuz kimi iç üzünü göstərdi. Bu, qəbul edilməzdir və islami dəyərlərə ziddir. Birbaşa dinimizin dəyərlərinə hörmətsizlikdir.
Ermənilər dünyada hər zaman xristian təəssübkeşliyindən yararlandığı halda İran daim xəyanət yolunu seçdi, Azərbaycanın ərazi bütövlüyünün bərpasını qəbul etmədi, bütün gücü ilə işğalçı Ermənistanın yanında oldu. Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistana hərtərəfli dəstək göstərdi, onları silahlandırdı, təxribatlarından əl çəkmədi. Təbii ki, biz bölgə dindarları olaraq bunu dəyərlərimizə və suverenliyimizə qarşı hörmətsizlik kimi qiymətləndiririk və İranın çirkin niyyətli olmasını qınayırıq”.
Dindarlar xatırladır ki, İran 67 məscidin 65-ni dağıdan, təhqir edən Ermənistanla bütün sahələrdə əməkdaşlığını daha da dərinləşdirib: “Bu, islami birlik və məzhəb yaxınlığı amalları ilə bir araya sığmayan münasibətdir. Biz bölgənin din xadimləri özünü İslam Respublikası adlandıran İranın bölgədə dini dəyərlərlə bir araya sığmayan haqsız siyasətinə və Azərbaycana qarşı səsləndirdiyi təhdidedici yersiz bəyanatlarına, xüsusilə də sərhəd boyunca həyata keçirdiyi hərbi təlimlərə görə öz narahatlığımızı bildirir və İranın bu hərəkətlərinin müqəddəs İslam dininin qardaşlıq ruhuna uyğun olmadığını bəyan edirik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi