"Vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq..." - TƏBİB-dən əhaliyə müraciət
21-12-2022 [16:50]
TƏBİB əhaliyə müraciət edib.
Mia.az xəbər verir ki, müraciətdə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 2550 sayda tibbi xidmətin (https://its.gov.az/files/9/TEBIB%20SIYAHI.pdf )vətəndaşlar üçün ödənişsiz olduğu açıqlanıb.
Bildirilib ki, həmin tibbi xidmətlər vətəndaşlara TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir:
"Vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslı ambulator tibbi xidmət (yalnız həkim müayinəsi. Məsələn, kardioloq və s.) üçün TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə birbaşa müraciət edə bilərlər. Burada vətəndaşa icbari tibbi sığorta çərçivəsində lazım olan tibbi xidmət ödənişsiz göstərilir.
Lakin bəzi hallarda vətəndaşın ehtiyacı olduğu tibbi xidməti onun müraciət etdiyi dövlət tibb müəssisəsində (Ailə Sağlamlıq Mərkəzi, poliklinika, xəstəxana və s.) göstərmək mümkün olmaya bilər. Bu halda müraciət edilən tibb müəssisəsi vətəndaşa TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisəsində həmin xidməti alması üçün göndəriş vərəqəsi təqdim edir. Nümunə ilə daha aydın izah edək. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzində həkim-uroloqa müraciət edir. Müayinə sonrası vətəndaşa böyrək daşı diaqnozu ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin əməliyyat bu tibb mərkəzində icra olunmadığı üçün vətəndaşa həmin xidmətin göstərildiyi Kliniki Kibbi Mərkəzə göndəriş vərəqəsi verilir.
Məlumat üçün bildirək ki, hazırda dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu göndəriş vərəqəsi həm ailə həkimi (sahə həkimi), həm də dar ixtisaslı həkim (məsələn, kardioloq) tərəfindən verilə bilər.
Vətəndaşa lazım olan tibbi xidməti TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərmək mümkün olmadıqda isə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir.
https://its.gov.az/page/agentliyin-muqavile-bagladigi-tibb-muessiselerinin-siyahisi
Məsələn, vətəndaş Xətai Tibb Mərkəzinə həkim-otorinolorinqoloqa müraciət edir. Müayinə sonrası vətəndaşa frontit diaqnozu (alın nahiyəsində iltihab) ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin bu əməliyyat həmin tibb mərkəzində və TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisələrində icra olunmadığına görə tibbi xidmətin göstərilməsi üçün vətəndaşa müqaviləli tibb müəssisələrindən birinə göndəriş vərəqəsi verilir.
Agentliyin müqaviləsi olan tibb müəssisələrində həm ambulator (həkim müayinəsi, analizlər, müxtəlif cihazlar vasitəsilə müayinələr və s.), həm də stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu zaman göndəriş vərəqəsi dövlət tibb müəssisəsindəki dar ixtisaslı həkim tərəfindən verilir.
Göndəriş vərəqəsi ödənişsizdir və vətəndaşdan göndərişin verilməsi üçün ödəniş tələb oluna bilməz. Eyni zamanda vətəndaşın təklif olunan tibb müəssisələri arasından istədiyi birini seçmək hüququ var. O, göndəriş vərəqəsi əsasında yönləndirildiyi tibb müəssisəsində icbari tibbi sığortanın vəsaiti hesabına xidmətdən yararlanır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf də Xidmətlər Zərfinə daxil olduğu halda ödənişsizdir. Göndəriş vərəqəsindən istifadə müddəti 10 gündür.
Məlumat üçün bildirək ki, təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa həm dövlət, həm də Agentliyin müqavilə bağladığı tibb müəssisələrində dərhal tibbi xidmət göstərilir. Müqaviləli tibb müəssisəsi vətəndaşa xidmət göstərməsi barədə Agentliyə müraciət edir və həmin xidmət Xidmətlər Zərfinə daxildirsə, icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır. Beləliklə, vətəndaş tibbi xidməti ödənişsiz əldə etmiş olur".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi