TDT-nin diaspor üzrə rəhbər şəxsləri Şuşada bəyanat qəbul edib - MƏTN
21-12-2022 [18:54]
Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumu keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerzhan Mukaş və başqaları çıxış edib.
Forumun sonunda Şuşa bəyanatı qəbul edilib.
Bəyanatı Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev oxuyub.
Bəyanatda deyilir:
"Biz - 20-21 dekabr, 2022-ci il tarixində Bakı və Şuşa şəhərlərində keçirilmiş “Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu”nun iştirakçıları “Şuşa ili”ndə dünya ictimaiyyətini Azərbaycanın mədəniyyət paytaxtında salamlamaqdan qürur duyuruq!
Forumda iştirak edən dövlətlər öz diasporlarının sıx birləşməsinə hər zaman töhfə veriblər. Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilmiş Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına uyğun olaraq keçirilən ikitərəfli, o cümlədən çoxtərəfli görüşlər, müxtəlif proqram və forumlar əlaqələrimizin daha da genişlənməsinə xidmət edib. Bu illər ərzində ümumi maraqların qorunması məqsədilə diaspor sahəsində imkanlar birləşdirilib, ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə birlik və həmrəylik nümayiş etdirilib.
Xüsusilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diasporlarının yaxınlaşması və əməkdaşlığı istiqamətində bir sıra mühüm addımlar atılıb: bütün türk diasporları üçün birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə yanaşı, əksər üzv dövlətlərin diaspor işlərinə cavabdeh qurumları arasında memorandumlar imzalanıb, qurum rəhbərlərinin qarşılıqlı səfərləri və görüşləri keçirilib, Bakıda və Bursada üzv dövlətlərin diaspor qurumları arasında təcrübə mübadiləsi proqramları, Berlin və Nyu-Yorkda türk diasporları üçün potensialın gücləndirilməsi proqramları həyata keçirilib.
Dünyanın müxtəlif ölkələrindən diaspor təşkilatları, iş adamları, elm adamları və digərlərinin də iştirakı ilə Bakıda və Bursada Türk Diaspor Forumları keçirilib və illik birgə fəaliyyət planları ilə türk diasporlarına istiqamət vermək təcrübəsinin əsası qoyulub.
Bu zəmində 44 günlük müharibə zamanı türk dünyası tərəfindən göstərilən informasiya dəstəyi Azərbaycan həqiqətlərinin dünyada təbliği, Azərbaycana qarşı yönəlmiş təxribatların qarşısının alınmasında böyük rol oynayıb.
Azərbaycanın 44 günlük müharibə Zəfərindən sonra 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi türk diasporlarının Birgə Fəaliyyət Strategiyası üçün yeni üfüqlər açıb.
Diasporlarımızın gələcək fəaliyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən proqram xarakterli sənəddə Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlərin də vahid diaspor hərəkatına qoşulması, əməkdaşlığın, həmrəyliyin inkişaf etdirilməsi ciddi vəzifələrdən biri kimi ortaya qoyulub. Türk dövlətlərinin ortaq diaspor siyasətinin inkişafı ilə bağlı həssaslığı Türk Dövlətləri Təşkilatının müvafiq olaraq 2021 və 2022-ci illərdə İstanbul və Səmərqənd Zirvə Görüşlərində qəbul edilmiş “Türk Dünyasına Baxış-2040” və “Strategiya 2022-2026” sənədlərində də öz əksini tapmışdır.
Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd Bəyannaməsi və burada qəbul edilmiş digər sənədlər qarşıya qoyulan mühüm məqsədlərə nail olmaq, xüsusilə dünyada yaşayan türklərin milli hüquqlarının müdafiəsi istiqamətində vahid diaspor hərəkatı çərçivəsində fəaliyyətimizi daha da sıx birləşdirmək üçün əlverişli şərait yaradır.
Türk dövlətləri rəhbərlərinin də vurğuladığı kimi, Zirvə Görüşü bütün türk dünyasını narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, yaşadıqları ölkədən asılı olmayaraq, Türk Dünyası ölkələrində yaşayan gənclərin məktəblərdə ana dilində təhsil almalarının zəruriliyi ilə ifadə olunan problemi Türk Dövlətləri Təşkilatının daim gündəmində olmalıdır.
Təəssüf ki, bir çox türkdilli dövlətlərin hüdudlarından kənarda yaşayan türkdilli xalqlar bu imkanlardan məhrum ediliblər.
Bəyan edirik ki, 200 milyonluq Türk Dünyası geniş bir coğrafiyanı əhatə edən böyük bir ailədir. Biz bu ailənin üzvləri olaraq türk dünyasının birliyi məqsədinə sadiq qalacaq, milli maraqlarımız naminə bir-birimizə dəstək olmağa, həmrəyliyimizi gücləndirməyə və əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik!"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi