"Deputatların maaşı çox yaxşıdır, gileylənməyə əsas görmürük” - Deputatlar əmək haqlarından danışdı
21-12-2022 [14:55]
Millət vəkili Aqil Abbas “Birincilər” verilişində qonaq olarkən deputatların maaşının azlığından şikayətlənib: “125 deputat var. Onların çəkdiyi əziyyəti heç kəs bilmir. Elə millət vəkili var ki, aldığı maaşını evinə aparıb çıxara bilmir. MDB-də ən az maaş alan bizim millət vəkilləridir”.
Təbii ki, Aqil Abbasın bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Çünki, sıravi deputatın aylıq maaşı 8 min manatdır. Bu da Azərbaycandakı orta aylıq əmək haqqından 10, minimum əmək haqqından isə 25 dəfə çoxdur.
Bəs, Aqil Abbasın deputat həmkarları bu barədə nə düşünür?
Mia.az-ın məlumatına görə, millət vəkili Fəzail Ağamalı Bizim.Media-ya açıqlamasında bildirib ki, hərənin öz fikri var: “Mən düşünmürəm ki, deputatlarımızın əmək haqqı azdır. Şəxsən məni qane edir. Həm bazar qiymətləri ilə müqayisədə, həm də əmək bazarındakı maaşlarla müqayisədə deputatlarımızın əmək haqqı çox yaxşıdır. Gileylənməyə əsas görmürəm”.
Millət vəkili Razi Nurullayev isə bildirib ki, belə məsələlərin müzakirəsini bu gün yersiz sayıram: “Çünki, cəmiyyətimizin daha böyük problemləri var. Ona görə də deputatların maaşının müzakirəyə gətirilməsinə ehtiyac yoxdur. Ola bilsin ki, Aqil müəllimə köntöy sual veriblər. O da belə cavab verib. Mən və çevrəmdəki, heç bir deputat bu gün əmək haqqlarından gileyli deyil”.
Milli vəkili Elman Nəsirov açqılamasında Aqil Abbasın fikirlərini təəccüblə qarşıladığını deyib: “118 deputatın heç biri bu gün əmək haqqından gileyili deyil. Bu barədə heç bir deputatdan fikir eşitməmişəm. Mən də əmək haqqından narazı deyiləm. Normaldır. Aqil müəllim niyə belə deyib, onu da bilmirəm. Bu gün deputatların maaşından daha qlobal məsələlər var. Məncə bundan danışsaq daha yaxşı olar”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi