Yaşar Əliyev BMT-də iclasda: "Nə Azərbaycan hökuməti, nə də etirazçılar Laçına gedən yolu bağlayıblar"
21-12-2022 [10:47]
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxış edib.
Mia.az xəbər verir ki, səfir Ermənistanın BMT yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycana qarşı irəli sürülən bütün iddiaları qətiyyətlə rədd edib, tamamilə yalan, əsassız olduğunu bildirib.
BMT-nin Təhlükəsizlik Şurasına bu ay rəhbərlik edən Hindistanın idarəçiliyi ilə baş tutan iclasda çıxış edən Y.Əliyev deyib ki, Ermənistanın və bəzi Şura üzvlərinin səhvən “Dağlıq Qarabağ” adlandırdıqları Qarabağ Azərbaycanın 30 ilə yaxın müddətdə qanunsuz erməni işğalı altında olan beynəlxalq səviyyədə tanınmış suveren regionudur və bunu Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində ardıcıl olaraq bir daha təsdiq edilib: “Azərbaycanın bu ərazisinin hüquqi adı hazırda Qarabağ iqtisadi rayonu və ya qısaca ekvivalenti ilə Qarabağ regionudur. Laçın yolu ətrafındakı vəziyyətə gəlincə, Azərbaycan Ermənistanın bütün iddialarını qətiyyətlə rədd edir, bu, tamamilə yalan, əsassızdır. Laçın yolu tamamilə Azərbaycanın ərazisində, onun Laçın rayonu ərazisində yerləşir. Bu rayon 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 77 mindən çox sakini olan Laçının əhalisi öz evlərini və mülklərini tərk etməyə məcbur olub, şəhər və ətraf kəndlər Ermənistan ordusu tərəfindən talan edilərək yandırılıb.
İki il əvvəl 44 günlük müharibədən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın rayonu Azərbaycana qaytarılarkən Azərbaycan Laçın yolunda hərəkət edən insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb.
Nə Azərbaycan hökuməti, nə də etirazçılar Laçına gedən yolu bağlayıblar. Marşrut boyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı rejim dəyişməz olaraq qalır, sülhməramlılar isə marşrutun mühafizəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edirlər. Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə təcili yardım maşınları və humanitar yardım karvanları da daxil olmaqla müxtəlif növ avtomobillərin maneəsiz keçidi əks olunub. Üçtərəfli Bəyanata əsasən, Laçın yolunun müstəsna olaraq humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Yoldan hər hansı digər məqsədlər üçün, o cümlədən qeyri-qanuni hərbi fəaliyyətlər, məsələn, minaların basdırılması və ya Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni dövriyyəsi üçün sui-istifadə Üçtərəfli Bəyanatın şərtlərinin pozulmasıdır və buna yol verilə bilməz.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyünü, vətəndaşlarının hüquq və təhlükəsizliyini bütün mümkün vasitələrlə müdafiə etməyə davam edəcək. Vəziyyətin iddia edilən humanitar nəticələri ilə bağlı iddialar da yalandır. Bölgədə yerli əhalinin istifadəsi üçün malların tədarükü və ya əsas səhiyyə xidmətlərinin göstərilməsi baxımından heç bir maneə yoxdur. Bu, Ermənistanın açıq-aşkar pis niyyətli siyasi məqsədlər üçün manipulyasiyasının növbəti təzahüründən başqa bir şey deyil”.
Diplomat əlavə edib ki, Ermənistan iki ildən artıqdır ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 4-cü bəndini pozaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən silahlı qüvvələrini və qeyri-qanuni silahlı birləşmələri tamamilə çıxarmaqdan imtina edir və orada qanunsuz hərbi fəaliyyətləri davam etdirir: “Ermənistan beynəlxalq hüququn və Üçtərəfli Bəyanatın bəndlərini pozaraq, Laçın yolunun humanitar əhəmiyyəti barədə fərziyələr irəli sürməklə yanaşı, həm də ondan hərbi məqsədlər üçün, o cümlədən silahlı qüvvələrin şəxsi heyətinin rotasiyası və silahların bu bölgəyə ötürülməsi üçün fəal istifadə edir. Tərəflərin bütün hərbi əməliyyatlara son qoymağı öhdəsinə götürdüyü Üçtərəfli Bəyanatın 1-ci bəndini pozan Ermənistan nəinki Azərbaycan ərazisinə yerləşdirdiyi yüz minlərlə mina xəritələrini bölüşməkdən imtina edir, hətta münaqişədən sonrakı dövrdə də Azərbaycan ərazisinə yeni minalar qoymaqda davam edir. Belə ki, bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunan 2 700-dən çox mina aşkar edilib.
Ötən çərşənbə günü Azərbaycanın Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 7 nəfər yaralanıb, 1 nəfər ölüb. İnsidentin baş verdiyi ərazi köhnə təmas xəttindən çox uzaqda olub və Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundan çıxarılarkən orada minalar yerləşdirilib. Üçtərəfli Bəyanatın imzalanmasından sonra ümumilikdə 276 Azərbaycan vətəndaşı minaların qurbanı olub, onlardan 46 nəfər, 35 mülki şəxs həlak olub. Nəticə aydındır - Ermənistan Azərbaycanın yenidənqurma səylərinin və yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır”.
Y.Əliyev deyib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında olan təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə yanaşı bölgədə ekoloji terror törədib: “Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazisindən olan faydalı qazıntı yataqlarını talan edir. Onlar beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Azərbaycanın əvvəllər işğal olunmuş ərazisində genişmiqyaslı qanunsuz iqtisadi fəaliyyətin həyata keçirilməsinə dair təkzibedilməz yaxşı sənədləşdirilmiş sübutları dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu torpaqlarda işğala qədər müəyyən edilmiş 151 faydalı qazıntı yatağından 52-si ilk dəfə 1993-2020-ci illərdə istismar edilib. Suveren dövlətin təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə yanaşı, mədən və karxana əməliyyatları kifayət qədər ekoloji nəzarət olmadan, tullantı sularının təmizlənməsi və ərazinin rekultivasiyası, ekoloji texniki standartlara əməl edilmədən aparılmışdır”.
Sonda Y. Əliyev Azərbaycanın regional sülhə, sabitliyə və inkişafa sadiq olduğunu deyib. Diplomat əlavə edib ki, Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin yaradılması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycanın bununla bağlı mövqeyi aydın, prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə əsaslanır. Məhz Azərbaycan münaqişənin başa çatmasından dərhal sonra Ermənistanla dövlətlərarası münasibətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı tanınması və hörməti əsasında, o cümlədən sülh müqaviləsinin imzalanması yolu ilə normallaşdırılması prosesinə başlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi