"Bank of Baku"dakı "çevriliş"lə MTN-nin əməliyyatı arasında hansı əlaqə var?

img

30-04-2014 [17:35]



1994-cü ildə yaranan "Bank of Baku” da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatdan sonra yaşananlar bank sektorunda çalışanlar tərəfindən birmənalı qarşılanmadı. 

Xatırladaq ki, martın əvvəlində MTN-nin "Bank of Bakuda əməliyyat həyata keçirməsi ilə  bağlı xəbərlər yayıl. Maraqlıdır ki, MTN-nin əməliyyatının «tozanağı yatmamış» sözügedən bankda rəhbər dəyişiklikləri baş verdi. 

Mia.az xəbər verir ki, MTN-nin əməliyyat xəbərindən dərhal sonra "Bank of Baku” ASC-nin səhmdarlarının Ümumi Yığıncağı keçirilərək, Müşahidə Şurasının bir neçə üzvünün səlahiyyətlərinin icra müddətinin bitməsi və bankın böyüməsi bəhanəsiylə rəhbər dəyişikliyinə gedilib: «Nəticədə MTN-nin əməliyyatına qədər Müşahidə Şurasının üzvü və həm də Beynəlxalq Bankın baş direktoru olan Elmir Həbibullayev "Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə gətirilib. Maraqlı odur ki, bu seçimə qədər bankın səhmlərinin 10 faizinin sahibi müşahidə şurasının sədri olan, eyni zamanda, MTN tərəfindən mart ayında bir neçə günlük saxlanıldığı bildirilən Elçin İsayevin vəzifəsi kiçilir. İsayev bu dəfə Elmir Həbibullayevin müşaviri təyin olunur». 

Elmir Həbibullayevin yüksəlişinin səbəbi ilə bağlı da Mia.az-a maraqlı məlumatlar daxil olub. Hətta onun Elçin İsayevin «devrilməsi»ndəki rolundan tutmuş, bir sıra şübhəli bank əməliyyatlarına qədər adının hallandığı hadisələr az deyil. Bundan əlavə, Elmir Həbibulllayevin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyevin sayəsində sürətlə «şişdiyi» və boyük sərvət sahibi olduğu haqda da xəbərlər var. Lakin Əliyev qardaşlarının «süqutu»ndan dərhal sonra E.Həbibullayevin Sumqayıtın icra başçısı Eldar Əzizov başda olmaqla, bir nazirin yaxın ətrafına sığındığı da iddia olunur. 

Yeri gəlmişkən, adıçəkilən bankın səhmləri 40 faiz payla "NAB Holdinq” şirkəti, 28,89 faiz payla "Azpetrolneft şirkəti, 11,22 faiz payla sabiq nazir Fərhad Əliyevin qardaşı Rafiq Əliyev, 10 faiz payla Elçin Isayev və 9,89 faiz payla "AZİNVESTMMC-yə məxsusdur

 Onu da qeyd edək ki, "Azinvest" MMC-nin rəhbəri də sabiq nazir Fərhad Əliyevin qardaşı Rafiq Əliyevdir. 

Məsələylə bağlı araşdırmalarımız olacaq. Tərəfin mövqeyini dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA