Zahid Oruc: ”Bu, qardaş və bacılarının tanksız-topsuz əməliyyatıdır..."
16-12-2022 [15:57]
"12 dekabr Ulu öndərin Anım günündə Xankəndi-Şuşa yolunda başlayan dinc hərəkat müasir Azərbaycan tarixinin parlaq səhifəsidir".
Mia.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc deyib.
O bildirib ki, əslində, silahsız aksiya 44 günlük müharibənin davamıdır, 10 noyabr 2020-ci ildə Xankəndinə doğru gedən əsgərlərin qardaş və bacılarının tanksız-topsuz əməliyyatıdır:
"Əgər Qızılbulaq və Dəmirli yataqlarına sülhlə deyil, hərbi vasitələrlə hücum edilsəydi, 12-14 sentyabrdan başlayan beynəlxalq təzyiqlər daha da artacaqdı. Düşmən bizi səngərdə gözləyirdi. İrəvanda, Parisdə və onlarla ölkədə Qarabağ ermənilərinə silahlı soyqırım edəcək dövlətə qarşı sanksiyalar öncədən hazırlanmışdı. Lakin İlham Əliyev dinc vasitələrdən-yumşaq gücdən istifadə etdi. Ona görə də çətin hava şəraitində 4 gündür fədakarlıq göstərən mətbuat, vətəndaş cəmiyyəti və ictimai fəallar gerçək silahsız xüsusi təyinatlılardır. Son aksiyaların nəticələri nə oldu?
Birincisi, beynəlxalq ictimaiyyətdən “soyqrım və etnik təmizləmə” adı ilə siyasi, maddi və mənəvi yardım istəyən Ermənistan arzu etdiyi faktları tapmadığı üçün dəstək qazana bilmədi və kəskin siyasi parçalanmaya məruz qaldı. Dünən Azərbaycan Xarici İşlər naziri dövlətimizin Xankəndinə humanitar və iqtisadi yardıma hazır olduğunu bildirdi. Ermənilərlə birgəyaşayış üçün hökumətin reinteqrasiya proqramının elan olunması dövlətimizin mövqeyini gücləndirdi.
İkincisi, humanitar fəlakət, xəstələrin yardımdan məhrum edilməsi, uşaqlara qarşı qəddarlıqla bağlı ənənəvi cəfakeş obrazı və digər antiAzərbaycan təbliğatı keçmədi. 4 gündür Xankəndində qeyri-təbii ölüm faktları qeydə alınmayıb, əksinə, Ermənistan və dünya erməniçiliyi əlini çəkən kimi Qarabağa əminamanlıq və dinclik gəlib. Biz dünyaya bəyan etməliyik ki, İrəvana getmək istəyən Xankəndi sakinləri tək bir Laçın yolundan asılı deyillər, 1007 km sərhəddin istənilən yerindən gəlib keçə bilərlər.
Üçüncüsü, son aksiyalar 30 illik işğalın sadə, əliyalın və ehtiyac içərisində yaşayan ermənilərdən çox, torpaqları istismar edən cinayətkar dəstələr, oliqarx məmurlar, hərbi rejim təmsilçiləri və qızıl-mis sümürgənlərini üzə çıxardı. Azərbacanlıların Xankəndinə silahsız daxil olması cinayət törətəməyən, lakin uzun illər xalqımızın düşmən obrazı ilə qorxudulan yerli ermənilərin də xilasına xidmət edir. Aksiya nəticəsində separatizmin maliyyə mənbələrinə böyük zərbə dəydi. Xatırladaq ki, Qarabağın büdcəsinin 35 faizi təkcə Qızılbulaq və Dəmirli yataqlarından formalaşır".
Zahid Orucun sözlərinə görə, nəhayət, Azərbaycan Laçın yolundan keçən bütün nəqliyyat vasitələrinin sayını yaxşı bilir: "Təcili-tibbi maşınların aylıq intensivliyi 5-ə çatmır. Ona görə də dinc aksiyalar nəticə verəcəkdir-Xankəndi, Xocalı və Şuşa kəndlərinə azərbaycanlıların qayıtması, Laçın yoluna alternativ 32-km-lik yolun son nöqtəsində gömrük məntəqəsinin qoyulması, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın 30 illik blokadadan çıxması Xankəndində və regionda sülhün və təhlükəsizliyin tək şərtidir. 12 dekabr Qarabağ ermənilərinin mühasirəsi yox, Azərbaycanın suverenliyi altında yaşamağa başladıqları gündür".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi