Azərbaycan və Tacikistan korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq sazişi imzalayıb
16-12-2022 [14:40]
Azərbaycan və Tacikistan korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq sazişi imzalayıb.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Azərbaycan və Tacikistan prokurorluqları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistanın Baş prokuroru Yusuf Raxmonun dəvəti ilə Düşənbə şəhərində işgüzar səfərdədir.
Baş Prokurorluqda keçirilən görüş zamanı nümayəndə heyətini salamlayan Baş prokuror Yusuf Raxmon bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib.
Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək, tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrinin etibarlı əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq prinsipinə əsaslandığını vurğulayıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıldı, həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
Görüş zamanı 2023-2024-cü illər ərzində prokurorluqlar arasında əməkdaşlıq proqramı imzalanıb.
Səfər çərçivəsində Tacikistanın Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Maliyyə Nəzarəti Agentliyinin direktoru Süleymon Sultonzode ilə ikitərəfli görüş keçirilib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiya ilə mübarizə sahəsində qəti siyasi iradəsi nəticəsində aparılmış islahatların əhəmiyyətini vurğulayaraq, ölkəmizdə bu sahədə görülmüş tədbrilər barədə geniş məlumat verib.
Həmçinin qurumlararası əməkdaşlığın genişlənməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Görüşlərdə ölkəmizin Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov iştirak edib.
Kamran Əliyev həmçinin Tacikistanda işgüzar səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müaciblə görüşüb, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Düşənbənin Dusti meydanındakı Tacikistanın milli həmrəyliyi və dirçəlişi xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edərək önünə əklil qoyub. Baş prokuror ölkəmizin Düşənbədəki səfirliyinə gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi