Deputatlar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması haqda qanuna "hə" dedi: nələr olacaq? - DETALLAR
16-12-2022 [13:48]
Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının aşkarlanması və qarşısının alınması ilə bağlı qanun layihəsi Milli Məclisdə I oxunuşda qəbul edilib.
Mia.az xəbər verir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tövsiyələri əsasında hazırlanıb.
Bu qanun layihəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir. Qanun layihəsinin ümumi müddəalarında əsas anlayışların mənaları, bu qanunun Azərbaycanın yurisdiksiyasında və ondan kənarda həyata keçirilməsi qaydaları, habelə bu qanunun tələblərinin qeyri-maliyyə institutları və peşə sahiblərinə tətbiq olunma halları müəyyən edilir.
Qanun layihəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlərin aşağıdakı istiqamətləri müəyyən edilir:
1. Müştəri uyğunluğu tədbirləri;
2. Üçüncü şəxslərə güvənmə;
3. Məlumat və sənədlərin saxlanılması öhdəliyi;
4. Siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlar;
5. Yeni texnologiyalar;
6. Yüksək riskli zonalar;
7. Daxili nəzarət proqramı.
Qanun layihəsinə uyğun olaraq öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər aşağıdakı monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edir:
1. Minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin nağd və ya elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər;
2. Qanun layihəsinin 11.2-ci maddəsində nəzərdə tutulan hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər;
3. Məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olub-olmamasından asılı olmayaraq bu Qanun layihəsinin 11.3-cü maddəsində nəzərdə tutulan əməliyyatlar barədə məlumat və sənədlər.
Öhdəlik daşıyan şəxslərin, habelə auditor xidməti göstərən şəxslərin yuxarıda qeyd edilənlərin maliyyə monitorinqi orqanına təqdim etməsi ilə bağlı prosedur qaydalar da bu Qanun layihəsinin 11-ci maddəsi ilə tənzimlənir.
Qanun layihəsinin 4-cü fəslində maliyyə monitorinqi orqanının səlahiyyətləri, nəzarət orqanları və nəzarət tədbirləri, 5-ci fəslində ölkədaxili və beynəlxalq əməkdaşlıq, 6-ci fəslində isə yekun müddəalar müəyyən edilir.
Yekun müddəalarda məsuliyyətdən azadolma, qanunun pozulmasına görə məsuliyyət və keçid müddəalar müəyyən edilir.
Keçid müddəalara əsasən minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlərin maliyyə institutları tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilməsi barədə tələbi müəyyən edən müddəanın (maddə 11.1.2.) həmin əməliyyatlara dair maliyyə monitorinqi orqanı tərəfindən məbləğin minimum həddi müəyyənləşdirildikdən 6 ay sonra qüvvəyə minməsi nəzərdə tutulur.
Qeyd edilən müddəa istisna olmaqla, bu Qanun layihəsinin digər maddələrinin isə 2023-cü il fevralın 1-dən qüvvəyə minməsi təklif edilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi