Rəsmi Bakıdan Qarabağdakı ermənilərə açıq mesaj: "Nə yardıma ehtiyac varsa, qarşılamağa hazırıq"
15-12-2022 [18:37]
"Qarabağda erməni əhalinin nə qida, nə tibbi ləvazimatlarla bağlı heç bir problemi yoxdur. Azərbaycan tərəfi humanitar istiqamətlərlə bağlı nə yardıma ehtiyac varsa, qarşılamağa hazırdır".
Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ərazidə qaz təchizatı ilə bağlı məsuliyyətli tərəf Azərbaycan deyil: "Yəni qazla bağlı deyilənlər feykdir. Dağlıq ərazilərdə soyuq hava şəraiti ilə əlaqəli mütəmadi problemlər qeydə alınır. Yerli erməni əhalinin başında duranlar yalan informasiyalar yayırlar. Özləri süni şəkildə ünsiyyətdən yayınırlar".
Nazirin sözlərinə görə, dekabrın sonunda Ermənistanın xarici işlər naziri ilə görüşüb sülh müqaviləsi ilə bağlı danışıqlar aparılması ehtimalı var: "Azərbaycan sülh sazişi üzrə hər zaman əsas təşəbbüskar olub. Oktyabrın 2-də bu sahədə danışıqlarda layihəni də ölkəmiz hazırlamışdı. Ermənistan bir dəfə öz şərhlərini verib. Sonra Azərbaycan tərəfi öz növbəti təkliflər paketini Ermənistan tərəfinə göndərib. Aramızda ilkin ünsiyyət olub.
Bu ayın sonunadək yenidən Ermənistan tərəfi ilə görüşüb növbəti raund danışıqları aparacağımızı istisna etmirəm. Son iki il ərzində üçtərəfli formatda müxtəlif vaxtlarda görüşlər keçirilib. Digər formatlarda görüşlərin keçirilməsi istisna deyil. Azərbaycan tərəfi istənilən formatda görüşlərin keçirilməsini hər zaman dəstəkləyir. Müsbət nəticələr olmasa da, açıq mövzuların müzakirəsi müsbət haldır. Ən azından qarşı tərəf üzərinə götürdüyü öhdəliklərlə bağlı vədlərini də yerinə yetirməlidir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi