10 məhkəmə hakimin səlahiyyətlərinə xitam verilib, 11 hakim haqda isə.... - MHŞ-də iclas
15-12-2022 [17:11]
Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub.
Bildirilib ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirib. Fərmanın icrası çərçivəsində məhkəmələrə əlçatanlıq yaxşılaşdırılıb, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi genişləndirilib, məhkəmə icraatında çevikliyin və şəffaflığın təmin edilməsi üzrə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Özəl ekspertiza və mediasiya kimi yeni institutların təsbiti, habelə sistem xarakterli nöqsanların aşkar edilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə əlavə mexanizmlərin yaradılması mühüm əhəmiyyət kəsb edib.
Fərmanın icrası çərçivəsində həmçinin, hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair yeni, daha təkmil Qaydalar qəbul edilib. Ötən dövrdə 300-dən çox hakimin fəaliyyəti həmin şəffaf qaydalar əsasında qiymətləndirilib, 30 hakimin işində peşəkar çatışmazlıqlar müəyyən edilib, onlardan 10 nəfərin səlahiyyətlərinə xitam verilib.
Fərmanla ayrılmış əlavə 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi qaydaları təkmilləşdirilərək bu proses davamlı xarakter alıb.
1200-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim keçirilib. Bu çoxmərhələli prosesi, o cümlədən Ədliyyə Akademiyasında uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 83 nəfər müxtəlif hakim vəzifələrinə təyin edilib. Hazırda 250-dən çox hakimliyə namizəd seçim prosesinin müxtəlif mərhələsindədir.
40 namizəd isə müsabiqəni uğurla başa vuraraq ixtisaslaşmanın aparılması üçün Hakimlərin Seçki Komitəsi tərəfindən Məhkəmə-Hüquq Şurasına təqdim edilib.
Hakimlərin seçimi Qaydalarına uyğun olaraq Şuranın bir neçə gün davam edən iclaslarında həmin namizədlərin hər biri ilə fərdi söhbətlər keçirilib. Onların təyinatı ilə bağlı dövlət başçısına müvafiq təkliflərin verilməsi qərara alınıb.
Bununla yanaşı məhkəmə sistemində həyata keçirilən kadr islahatlarına və hakim korpusunun fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə uyğun olaraq yüksək hazırlığı və peşəkarlığı ilə fərqlənən hakimlər ali və apellyasiya məhkəmələrinə, habelə rəhbər hakim vəzifələrinə irəli çəkilməsi üçün müəyyən edilib. İş yerinin dəyişdirilməsi ilə bağlı bəzi hakimlərin müraciətlərinə, hakim kadrlarından daha səmərəli istifadə edilməsi ilə bağlı məsələlərə baxılıb.
Eyni zamanda Şuranın iclasında qanunvericiliyin tələblərinin pozulmasına, vətəndaşların haqlı narazılığını doğuran nöqsanlara görə apellyasiya məhkəməsinin 3, birinci instansiya məhkəmələrinin isə 6 hakimi intizam məsuliyyətinə cəlb olunub, digər 2 hakim barədə intizam icraatı başlanılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi