ADNA-dakı terrora görə həbs olunan məhbusun bibisindən - Açıqlama

img

30-04-2014 [14:00]


"Hər yerə müraciət etdilər, məktub göndərdilər, yazdılar. Amma bir xeyri olmadı. İş Avropa Məhkəməsinə göndərilib. Nadir elə hey deyir ki, müraciət etməkdən, bu işlə məşğul olmaqdan əl çəkməyin. Nə lazımdırsa olub. Əlimizdən nə gəlir ki? Ailəsi yazıq nə etməlidir? Atası Rusiyadadır, anası və qardaşı yanına gəlib gedir”. 

Bu sözləri musavat.com-a ADNA-da terror aktının törədilməsində təqsir bilinərək ömürlük həbsə məhkum edilmiş Nadir Əliyevin bibisi Leyla xanım dedi. Leyla xanım bildirdi ki, N.Əliyevin anası və qardaşı imkan daxilində məhbusun yanına gedirlər. Onun sözlərinə görə, qardaşı oğlunun səhhəti normaldır.

N.Əliyevin bibisi qeyd etdi ki, tutulanların Gürcüstana ekstradasiya olunma məsələsi də həll olunmur: "Gürcüstanda da vəkil tutmuşdular, heç bir nəticə yoxdur. Özü də məktub yazır. Heç nə oturub orda, özünü günahsız sayır. O biri tutulanların da yaxınları gedib gəlirlər. Əldən bundan başqa heç nə gəlmir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA