Nazir Anar Kərimov kinoşünaslarla 5 saat müzakirə aparıb - FOTO
14-12-2022 [18:16]
Mədəniyyət naziri Anar Kərimov respublikanın kino ictimaiyyəti ilə görüş keçirib.
Mia.az xəbər verir ki, Dövlət Film Fondunda gerçəkləşən görüşdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və digər ictimai təşkilatların təmsilçiləri, eləcə də yaşlı, orta və gənc nəsil kinematoqrafçılar, film istehsalı ilə məşğul olan dövlət və özəl sektor üzrə qurumların – kinostudiya, şirkət və prodüser mərkəzlərinin, kinoteatrlar şəbəkələrinin nümayəndələri iştirak ediblər.
Görüşdə kino sahəsindəki mövcud vəziyyət, o cümlədən son iki ildə görülən işlər və qarşıya çıxan problemlərlə bağlı açıq və səmimi ortamda ətraflı fikir mübadiləsi aparılıb. Nazir bu xüsusda mülahizələrini bölüşüb, görüş iştirakçılarının fikir, təklif və qeydlərini dinləyib.
Anar Kərimov Kino Agentliyinin yaradılması istiqamətində iki ilə yaxın aparılan işləri mərhələlərlə diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin 2022-ci ilin 20 aprel tarixli sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) yaradılması kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə atılan çox mühüm bir addımdır. 2022-ci ilin 16 noyabr tarixində dövlət başçısının fərmanı ilə ARKA-nın Nizamnaməsinin də təsdiq edildiyini bildirən nazir hazırda agentliyin praktik fəaliyyətə başlaması üçün müvafiq işlərin görüldüyünü deyib.
Yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqi sahələrində ARKA-nın qarşısında duran vəzifələr barədə söhbət açılıb.
Görüş iştirakçıları ölkədə kino sənayesinin inkişafı və milli kinematoqrafiyanın təşviqi üçün vacib olan belə bir təsisatın yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
ARKA-nın səmərəli fəaliyyəti üçün həm dövlət, həm də özəl sektor üzrə kinematoqrafçıları birgə əməkdaşlığa çağıran nazir bu istiqamətdə uğurlu layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu deyib. Bildirib ki, agentliyə təqdim edilən layihələrin hər biri diqqətdə saxlanılacaq.
Görüşdə kino sənayesinin istehsal prosesindən filmlərin kütləvi yayımının təşkilinə, bu sahə üzrə normativ bazadan praktik fəaliyyətədək müxtəlif sahələr ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahzələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.
Səslənən fikirlərə münasibət bildirən Anar Kərimov kinonun ümumi inkişafına xidmət edəcək hər bir rəy və təklifin nəzərə alınacağını deyib. Nazir eyni zamanda ölkədə kino sənayesinin inkişaf etdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik və normativ aktlarla bağlı məsələlərin araşdırılması, boşluqların aradan qaldırılması üçün təkliflərin verilməsində kino ictimaiyyətini daha təşəbbüskar və fəal olmağa çağırıb.
Nazir vurğulayıb ki, kino sahəsində səmərəli fəaliyyətə mane olan problemləri aradan qaldıraraq, bir neçə istiqamətdə – həm Azərbaycanın yerli bazarı, həm də beynəlxalq festivallar və xarici kino bazarında nümayiş üçün ən uğurlu filmlərin istehsalı bizim üçün prioritet vəzifələrdən biridir.
44 günlük Vətən müharibəsini əks etdirən filmlərin çəkilişi, bu yöndə vətənpərvərlik mövzusunda ekran əsərlərinin meydana gəlməsinə dəstək veriləcəyi və şərait yaradılacağı xüsusi qeyd edilib. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın, müştərək layihələrin əhəmiyyətini vurğulayan Anar Kərimov vurğulayıb ki, bu əməkdaşlıqda, həyata keçiriləcək layihələrdə həm bədii, həm də texniki heyətin əksəriyyət etibarilə Azərbaycan kinematoqrafçılarından ibarət olması əsas şərtdir.
Bədii, sənədli kino ilə yanaşı, milli animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin də inkişafına xüsusi diqqətin ayrılacağını bildirib.
Görüşün sonunda Anar Kərimov ölkənin kino ictimaiyyəti ilə belə geniş tərkibdə, işgüzar və səmimi atmosferdə ünsiyyətdən məmnunluğunu bildirərək, Mədəniyyət Nazirliyinin, mədəni həyatın bütün sahələri kimi, kino milli kinematoqrafiyanın, kino sənayesinin inkişafına zəmin və təkan olacaq bütün fikirləri, təklif və tənqidləri dinləməyə, qarşılıqlı müzakirələrə hər zaman açıq olduğunu vurğulayıb. Nazir görüş iştirakçılarına və onların simasında ölkəmizdə kino sahəsində çalışan hər kəsə uğurlar arzulayıb
***
Mədəniyyət naziri Anar Kərimov Azərbaycanda kino sahəsində fəaliyyət göstərən şəxslərlə görüşüb.
Məlumata görə, 5 saata yaxın davam edən müzakirələrdə nazir irad və təklifləri dinləyib.
Lakin görüşdə hansı irad və təkliflərin səsləndirildiyi açıqlanmayıb.
Məlumata görə, nazir həmin məsələlərin mediada işıqlandırılmaması ilə bağlı qonaqlardan xüsusi xahiş edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi