Buraxılış və qəbul imtahanların tarixləri açıqlandı - CƏDVƏL
14-12-2022 [10:38]
2023-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanların tarixləri açıqlanıb.
Mia.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, 2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, rezidentura və magistraturaya qəbul, həmçinin sınaq imtahanlarının tarixləri elan olunub.
2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış, həmçinin qəbul imtahanı proqramlarında olan dəyişikliklər 3 noyabr 2022-ci ildə ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramlarının tam mətni yaxın günlərdə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq. Qəbul imtahanı proqramları isə “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunacaq.
Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının birinci cəhdi mayın 20-də, II ixtisas qrupu üzrə mayın 21-də, IV ixtisas qrupu üzrə iyunun 3-də, I ixtisas qrupu üzrə iyunun 4-də keçiriləcək. İmtahanların ikinci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) fevralın 12-də, magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı isə yanvarın 29-da keçiriləcək.
Digər imtahanların qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
İmtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
|
İmtahanın adı |
Tarix |
|
Magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı |
29 yanvar |
|
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) |
12 fevral |
|
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı |
19 fevral |
|
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə sınaq imtahanı |
19 fevral |
|
Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) |
19 fevral |
|
5 mart |
|
12 mart |
|
Peşə liseylərinin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı |
13 mart |
|
• Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; • Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik); • Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik); • Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı; • Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı; |
2 aprel |
|
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona |
9 aprel |
|
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona |
16 aprel |
|
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona |
30 aprel |
|
Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki illərin məzunları üçün (1-ci cəhd)) |
7 may |
|
• əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; • kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı (9 illik); • müsabiqədə buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli bölmə üzrə iştirak etmək istəyənlər üçün əlavə imtahan (9 illik); • Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı; • eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı (9 illik) |
14 may |
|
Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, I cəhd) |
14 may |
|
QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (1-ci cəhd) |
20 may |
|
QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (1-ci cəhd) |
21 may |
|
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan |
21 may |
|
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan |
3 iyun |
|
QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (1-ci cəhd) |
3 iyun |
|
QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (1-ci cəhd) |
4 iyun |
|
Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci cəhd) |
11 iyun |
|
Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki il məzunları üçün (2-ci cəhd)) |
18 iyun |
|
QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (2-ci cəhd) |
8 iyul |
|
QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (2-ci cəhd) |
9 iyul |
|
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan |
9 iyul |
|
Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, II cəhd) |
16 iyul |
|
QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (2-ci cəhd) |
22 iyul |
|
QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (2-ci cəhd) |
23 iyul |
|
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan |
23 iyul |
|
Rezidentura səviyyəsinə qəbul imtahanı (2-ci mərhələ) |
13 avqust |
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi