"Guya məni bıçaqla vuracaqsan?” - Bir qətlin tarixçəsi
14-12-2022 [10:24]
Bu ilin fevralında Bakının Qaradağ rayonu ərazisində yerləşən evində öldürülən Qənəət Fərmanovanın qətlində təqsirləndirilən Asəf Cəfərzadənin məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Asəf Cəfərzadə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Qənəət Fərmanova ilə Asəf Cəfərzadə qeyri-rəsmi münasibətdə olub. Qətl hadisəsi isə qısqanclıq zəminində baş verib.
Bunu Asəf Cəfərzadə məhkəmədə ifadəsində bildirib. Asəfin sözlərinə görə, o, Qənəətlə 2018-ci ildə tanış olub. Onların hər ikisi evli olub boşanıblar. Asəfin də, Qənəətin də əvvəlki evliliyindən iki övladı olub.
Hadisənin baş verdiyi gün isə Asəf Qənəətin keçmiş həyat yoldaşı ilə münasibətini öyrənib. Qənəətin etirafı isə Asəfi özündən çıxarıb və mətbəxə gedərək bıçağa əl atıb.
Bu zaman Qənəət Asəfə gülə-gülə “Bunu nəyə gətirmisən? Guya məni bıçaqla vuracaqsan?” deyib. Asəfin isə Qənəətin təhqir etməsi tərəflərin mübahisəsini daha da şiddətləndirib. Bu zaman Asəf Qənnəətə 17 bıçaq zərbəsi vuraraq onu amansızlıq qətlə yetirib.
Asəf Cəfərzadə hadisəni törətdikdən sonra isə iki ədəd telefon və bir ədəd “Samsung” markalı televizoru özü ilə aparıb. O, həmin əşyaların pulunu özü ödədiyini bildirib.
Bundan sonra Asəf Qənəətin qardaşına zəng edib.
Məhkəmədə şahid qismindən ifadə verən Qənəətin qardaşı bildirib ki, təqsirləndirilən şəxsi tanımır:
“07 fevral 2022-ci il tarixdə təxminən saat 10-11 radələrində təqsirləndirilən şəxs mənə zəng edərək bacım Qənəəti qətlə yetirdiyini, övladları məktəbdən gələnə qədər gəlib meyiti götürməyi bildirdi. Asəfdən bacımı nəyə görə öldürdüyünü soruşdum, o isə aralarında yaranmış müəyyən səbəblərə görə Qənəəti qətlə yetirdiyini bildirdi”.
Qənəətin iki oğlu isə analarının qətlə yetirildiyini məktəbdən evə gələrkən öyrəniblər.
Uşaqlar məhkəmədə ifadəsində bildirib ki, onlar Asəf Cəfərzadəni evlərinə təmir işləri ilə əlaqədar gələn usta kimi tanıyıblar.
Hadisədən sonra Asəf Cəfərzadə Füzuli rayonunun Zobzuq qəsəbəsinə yollanaraq, ailə üzvləri ilə görüşüb, daha sonra isə polis şöbəsinə gedərək təslim olub.
Onu da qeyd edək ki, Qənəət Fərmanova Laçın rayonundan məcburi köçkün olub. Onun keçmiş həyat yoldaşı dayısı oğlu olub. Qətlə yetirilən qadın marketdə kassir iləyirmiş. Qətlə görə həbs edilən Asəf Cəfərzadə isə mənzil təmiri işləri ilə yanaşı, son olaraq sərnişin avtobusunun sürücüsü kimi fəaliyyət göstərib. (Qafqazinfo)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi