30-04-2014 [13:47]
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həyat yoldaşı İradə Sultanova ərinin həbs olunmasına münasibət bildirib.
İ.Sultanova Publika.az-a açıqlamasında deyib ki, Şahin Sultanovun vəziyyəti qənaət-bəxş deyil: "Tutub saxlayıblar, ancaq deməyə heç bir faktları yoxdur. Şahin heç özü də başa düşmür ki, nə baş verir. İnanın ki, araşdırma aparılıb, hər şey təmizdir. Mən özüm də soruşuram ki, Şahin,nə olub? Deyir ki, özüm də hələ bilmirəm ki, məndən nə istəyirlər. Bütün sənədlərim təmizdir. Özümü güclə saxlamışam, hər gün ağlayıram. Başa düşə bilmirəm ki, mənim həyat yoldaşımdan nə istəyirlər. İki övladım var, neçə gündür ki, atalarının üzünə həsrətdirlər. Allah heç bir anaya, heç bir qadına bu cür günləri göstərməsin. Şahin buna layiq deyil idi. Heç özümüz də bilmədik ki, niyə belə oldu. Elə bil göydən yekə bir daş düşdü. Ayın 1-də Səfər müəllim işdən çıxarıldı, ayın 22-dən sonra isə Şahinə qarşı hücumlar başladı. Şahinə şiddətli töhmət yazdılar ki, niyə sən yeni gəmilər almamısan və pulları dağıtmısan. İnanın ki, Şahin elə adam olmayıb. Dırnağı ilə əziyyət çəkə-çəkə bu vəzifəyə yüksəlib. Hətta, Rusiyadan gələn admirallar baxıb çox təəccüblənirdi. Deyirdilər ki, biz burada 1965-ci ilin gəmilərini qoyub getmişik. Elə bilirdik ki, biz gəlib Azərbaycanda daha o gəmiləri görməyəcəyik. Ancaq halal olsun ki, bu gəmilər bu qədər yaxşı qorunub saxlanılıb. Ruslar gəmiləri görəndən sonra şokda idilər. Qurban olum prezidentimizə ki, Vladimir Putin bura gələndə o da gəlib hər şeyi gözləri ilə gördü. Şükürlər olsun ki, Şahin onların üzünü ağ etdi. Ancaq ayın 22-dən sonra kimlərsə yoldaşıma dedilər ki, daha sən bizə lazım deyilsən. Hərbi limanın tikintisinə baxış keçirəndə Şahin yeni müdafiə naziri Zakir Həsənova dedi ki, mənim işlərim qalıb, çağıran yoxdur və sairə. Zakir Həsənov isə ona dedi ki, sən hələ gözlə, qoy prokurorluq işlərini yekunlaşdırsın, sonra çağıracam. Ayın 22-dən bəri heç kəs Şahini dinləmədi”.
İ.Sultanova hazırda çox çətin günlər yaşadığını söyləyib: "Yoldaşım tutulandan sonra mən Şahinlə yaxşı münasibətləri olan bir çox dövlət məmuruna və generallara zəng etmişəm. Hamısı da Şahindən razılıq edirlər. Onlar da Şahinin həbsinə çox təəccüblənir. Şahini bir nəfər kimdirsə, həmin o adam şərləyib. Mən Etibar Pirverdiyevlə də telefonla danışmışam. O mənə dedi ki, ürəyini buz kimi saxla, bizim işdə hər şey tər-təmizdir. Mən hələ də inanmıram ki, kimsə Şahinə qarşı çıxsın. Ancaq Şahinə qarşı bütün bunları edən adam kimi mən bir nəfərdən şübhələnirəm. Qurban olaram, Cənab Prezidentimizə və hörmətli Mehriban xanıma. Onlardan bu məsələdə kömək istəyirəm. Bizə kömək olsunlar. Mən artıq bu cür dözə bilmirəm”.
İ.Sultanova deyib ki, hazırda Şahin Sultanovla oğlu görüşür və ona baş çəkir: "Şahinə vəkil də tutulub. Adəm Məmmədov onun vəkilidir. Yaxın günlərdə isə bu məsələ ilə bağlı mətbuat konfransı keçirilməsi planlaşdırılır. Mətbuat konfransında da Cənab Prezidentə açıq məktubla müraciət olunacaq”.
Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
Onu da bildirək ki, Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov aprelin 23-də tutulub. Ş. Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi