“Azercell” "eSİM" xidmətini təqdim edir
13-12-2022 [15:55]
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalaraq, “Azercell Telecom” MMC bütün istifadəçiləri üçün müasir rəqəmsal xidmət üsullarını daha da rahat edir.
Mia.az xəbər verir ki, lider mobil operatorun təqdim etdiyi "eSİM" xidməti, şirkətin məhsul və xidmətlərini rəqəmsallaşdırmaq, abunəçilərinə daha çevik və yeni formatlı müştəri təcrübəsi imkanları yaratmaq istiqamətində növbəti addımdır.
Mövcud “Azercell” nömrəsini "eSİM"ə dəyişmək istəyən abunəçilər “Azercell”in onlayn satış platforması www.azercellim.com üzərindən birdəfəlik OTP kod vasitəsilə xidməti tam ödənişsiz aktivləşdirə bilər. Abunəçilərin, həmçinin şirkətin satış məntəqələrinə də müraciət edərək bu xidmətdən yararlanması mümkündür. "eSİM" ilk keçid əməliyyatı pulsuz, sonrakı bütün SIM kart dəyişiklikləri isə mövcud tariflərə uyğun ödənişli əsaslar ilə təklif ediləcək.
“Azercell” eSİM nömrələrini ilk dəfə əldə edən şəxslər isə xidmətdən operatorun diler şəbəkəsində və yaxud ölkə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə onlayn şəkildə faydalana bilər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza vasitəsilə imzalanmış sənədlər hüquqi baxımdan əl imzasına bərabərdir.
“Azercell”in təqdim etdiyi "eSİM" nömrələrində bir neçə səviyyəli inteqral təhlükəsizlik və autentifikasiya protokolu mövcuddur.
Fiziki SİM kartlarla müqayisədə "eSİM" bir çox üstünlüklərə malikdir: mobil cihaz itdikdə, oğurlandıqda, və ya zədələndikdə istifadəçinin məlumatlarını qoruyur və bir mobil cihazda bir neçə nömrəni SİM kartı dəyişmədən daşımağa imkan verir. Bundan əlavə, eSİM ekoloji baxımdan zərərsizdir və beləliklə, qlobal dayanıqlılıq məqsədlərinə uyğun hesab edilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi