Qaradağda işsizliyin həlli müzakirə edilib - Tədbir

img

30-04-2014 [13:25]


Qaradağ Rayon İcra Hakimiyyəti və rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə "Məşğulluq Strategiyasının həyata keçirilməsi istiqamətində işəgötürənlərin rolu” mövzüsunda tədbir keçirilib. 

İH-dən "Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov, idarə müəssisə və təşkilat rəhbərləri iştirak edib. Baş tutan tədbirdə dövlət rəhbərliyi səviyyəsində görülən işlərin əhəmiyyəti bildirilib. Bu istiqamətdə görülən işlərə diqqətçəkən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bildirib ki, əsas məqsəd rayon əhalisinin işlə təminidir.

Qaradağ Rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov mövzu ilə bağlı çıxış edərək rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərlərinə "Əmək Bazarında” yaranmış çətinliklərdən danışıb. Bu gün qarşıda duran əsas məsələnin sosial müdafiəyə daha çox ehtiyacı olan, işə düzəlməkdə çətinlik cəkən vətəndaşların işlə təmin olunması problemlərinin həlli olduğunu qeyd edib.

Daha sonra çıxış edənlər cəzaçəkmə müəssisələrindən azad olunmuş vətəndaşların işlə təmin olunması məsələsi haqqında danışaraq onların cəzaçəkmə müəssisəsindən azad olduqdan sonra işlə təmin olunmasının vacibliyini vurğulayıblar. Peşə yönümü ilə bağlı gənclərin və xüsusi müdafiəyə ehtiyacı olan vətəndaşların işlə təmin olunması ilə əlaqədar maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçirilməsi xüsusi qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA