NAXÇIVANDA PENSİYA OYUNU: "Dedi ki, 20 mini sildim..." - Sabiq nazir DSMF rəhbərini "top"a tutdu, "məmurların çoxu dönük çıxdı" dedi
12-12-2022 [10:14]
Uzun müddət Naxçıvanda yüksək vəzifələrdə çalışmış Məmməd Abbasov Muxtar Respublikada dövlət qulluqcusu olan təqaüdçülərin başına açılan oyunlarla bağlı maraqlı yazı ilə çıxış edib.
Məmməd Abbasov yazır:
“DOSTLAR! Bu yazını yazmaga mən çox tərəddüd edirdim. Sonunda qərara aldım ki, yazmaq lazımdır, gənc dövlət məmurlarının tərbiyəsi baxımdan bunu məqbul saydım.
Dövlətimizin büdcəsi sosial yönümlüdür. Yəni insan amili dövlətin prioritet vəzifələrindən biridir. Bu mühüm dövlət siyasətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən analoji dövlət qurumları vardır. Bəs onlar qocalara, əlillərə, ailə başçılarənı itirənlərə, şəhid ailələrinə, qazilərə necə xidmət edirlər? Bir faktı qeyd etməklə onların fəaliyyətinə qiymət vermək kifayətdir.
Keçən ilin iyul ayından qeyd olunan qurumlar və Maliyyə Nazirliyi xüsusi əməliyyat aparmışlar. Muxtar Respublika üzrə xüsisi təyinatlı pensiyaçıların (dövlət qulluqçularının, hüquq mühafizə orqanları işçilərinin) pensiyalarını dayandırıb, qanunsuz olaraq yenidən hesablama aparıblar. Nəticədə təqaüdləri endiriblər. Bu azmış kimi, bütün qeyd olunan təqaüdçülərə borc hesablayıb, hər ay azaldılmış pensiyalarının 50 faizini tutmaga başlayıblar. Ümumi söz olmasın deyə, konkret fakt göstərmək istəyirəm.
Mənə 2012-ci ilin avqust ayında qocalıga görə pensiya təyin etdilər. Fevral 2013-cü ildə tutdugum vəzifədən azad olunduqdan sonra dövlət qulluqçusu kimi pensiya təyinatı ilə əvəzləndi.
Keçən ilin iyul ayına qədər, yəni 9 il müavinətimi alırdım, düzdür, o müddət ərzində dövlət qulluqçularının zəhmət haqqıları artdıqca, mənim də müavinətim 4 dəfə yenidən hesablanmışdı.
Günlərin birində, heç bir məlumat vermədən, pensiya kartımı blokladıları. Bir müddətdən sonra 25 faiz müavinəti azaldaraq, karta pul köçürtdülər. Əlavə olaraq bildirdilər ki, güya mənim pensiyam səhv hesanlanıb və 40 min manat artıq pul almışam. Fondun şəhər şöbəsinin müdürü Anar (ona nə müəllim, nə də bəy demək olar) bildirdi ki, təcili mən o pulu ödəməliyəm, əks təqdirdə mənimlə hüquq-mühafizə orqanları məşqul olacaq. Mən rəsmi sürətdə ona bildirdim ki (məktubla), siz qanunsuz hərəkət edirsiniz və sizin bu əməliniz insanları dövlətə qarşı inamını itirir, sizin vəzifəniz qocalara xidmət etməkdir, hədələmək deyil.
Yuxarıda qeyd olunan dövlət qurumlarınından ibarət güya komissiya bu qərara gəlib. Muxtar Respublika Nazirlər Kabineti də bir qərar qəbul edib. Heç bir əsas gətirmədən, Anar bildirdi ki, pensiyam 25 faiz azaldılmalıdır.
Mən məcbur olub MR Baş nazirinə müraciət etdim, ancaq heç bir cavab almadım. MR Ali Məclisinin Sədrinə müraciət etdim, keçmiş bir iş yoldaşı kimi də mənə heç bir cavab verilmədi. Etika xatirinə heç olmasa telefonla bildirə bilərdilər ki, müraciətinizə baxılacaq.
Məcbur olub, sentyabr ayında Bakı şəhərinə yaşayış uçotuna düşdüm və Sosial Müdafiə Fondunun vasitəsi ilə pensiya işimin Bakı şəhərinə göndərilməsini xahiş etdim. 3 ay ərzində sogruya cavab vermədilər. Dekabr ayında Anar mənə bildirdi ki, “borcumun” 20 mini silindi, heç olmasa gəlin 20-sini ödəyin. Sanki atasının mülkü kimi, mənimlə alver edirdi. Cavabında dedim ki, əgər qanunudursa, hamısını ödəməliyəm, qanunsuzdursa, heç nə ödəməyəcəm. Bir aydan sonra bildirdi ki , 20 min də silindi, onda dedim pensiya sənədlərini göndərin. Dedi ki, göndərə bilməz.
“Borcların” silinməsini də hesab edirəm ki, Ali Məclisdən ona deyiblər. Sizi yorsam da bu idarələrin dərəbəyliyini, məmurların qocalara münasibətini bilməlisiniz. Onu da biləsiniz ki, Anar bütün qeyd olunan pensiyaçıları məcbur edib belə məzmunda ərizələr alıb: “Xahiş edirik, artıq aldıgımız təqaüdün hər ay 50 faizini tutasınız”.
Mən ona bildirdim ki, heç ayıb deyil? Deyir, özləri ərizəni veriblər. Təəssüf ki, mənim həmkarlarım qorxudan o cür məzmunda ərizə vermişlər. Anara İdarənin işçilərinə bidirdim ki, Səlim Müslümov Ülu Öndəmizin qızıldan olan imzasını yaxasına vurdu, fondun vəsaitinini dagıtdı, indi həbsdədi, sizi də o aqibət gözləyir.
Bir sözlə, 8 aydan sonra mənim pensiya sənədlərim Bakı şəhərinə aidiyyatı idarəyə daxil oldu. Ərizə ilə müraciət etdim yenidən hesablanma aparıldı, məlum oldu ki, Anar sənədlərdə saxtakarlıq edib, mənim zəhməthaqqımı səhv göstərib. Hər ehtimala qarşı mən dövlət arxivindən çıxarış almışdım, onu təqdim etdim, pensiyam bərpa olundu. Məndən qanunsuz olaraq 8 min manatdan artıq pul tutmuşdular. Onun da geri qaytarılması təmin ediləcək. Fürsətdən istifadə edib Bakıda DOST mərkəzinin, Sosial Müsfafiə Fondunun işçilərinə dərin minnətdarlıgımı bildirirəm.
İndi məlum olur ki, Anar pensiyaçılara zəng edib deyir bunları deyir: “Pesiyalarınızı bərpa edəcəyik, tutquları da qaytaracagıq” . Yəni səs küy salmayın. Axı bununla iş bitmir. Sizin onlara verdiyiniz mənəvi əzabı, sarsıntını kim ödəyəcək?
Dostlar, mən təqaüdə çıxdıqdan sonra söz vermişdim istirahətimlə, müalicəmlə ailə qaygılarımla yaşayacagam. Ona da əsasən bu 10 il ərzində əməl etmişəm. Amma görürsünüz ki, mərdi qova – qova namərd edirlər. Əgər mənə belə münasibət göstərirlərsə, indi görün mübariz olmayan insanların başı nələr çəkir.
Düzdür, əsil günahkar olanlar məlumdur amma icraçı məmurların da bir vicdanı olmalıdır. Rasim Bagırov, Anar Eynalov, Nicat Babayev siz bundan sonra yaddan çıxarmayın ki , QOCLARA HÖRMƏT ALLAHA HÖRMƏTDİR . Peygəmbərimizin bu məsləhəti qulagınızda sırga olsun. Siz də qocalacaqsınız.
Tanrı hər şeyi görür, və hər şeyi yerbəyer edir. Mənim xeyli məmur dostlarım olub. Onların inkişafına da köməkliyim dəyib, çox təəssüf ki, əksəriyyəti dönük çıxdı.
Amma dostlar, mən sizi tapdım, siz təmənnasiz dostlarsınız, ətrafım o çirkablardan təmizləndi. Allah amanında. Bagışlayın, yordum Sizi, amma buna da ehtiyac var idi”/Azinforum.az
P.S. Xatırladaq ki, M.Abbasov nərhum Heydər Əliyev Naxçıvana rəhbərlik edən vaxtı onunla birgə işləyib. O, daha sonra MR-in Baş nazirinin müavini, o cümlədən kənd təsərrüfatı naziri vəziofələrində də işləyib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi