ANS rəsmisi nazirlə “saat əməliyyatı”ından danışdı

img

30-04-2014 [12:53]



"Əvvəla yazıldığı kimi heç kim bankrot olmayıb. İkincisi, Azad Rəhimovla bizim şəxsi problemimiz yoxdur.”

Bu sözləri İnterpress.az-a ANS şirkətlər qrupu prezidentinin media müşaviri Mais Məmmədov deyib. Onun sözlərinə görə, Hesablama Palatası Gənclər və İdman Nazirliyində yoxlama aparıb və orada bəzi korrupsuya faktları tapıb. "Bizim ixtiyarımız var soruşaq ki, niyə olimpiya stadionları 8-9 il bundan əvvəl 1 milyon manata başa gəlirdisə, indi 12-14 milyon manata başa gəlir. Kimsə deyirsə ki, bu saatla bağlıdır, ya xiyarla, ya pamidorla, bu, mənasızdır. Kim nə istəyir yaza bilər. Biz nazirə sataşmırıq, biz nazirdən soruşuruq ki, bu qədər itki olub və nəyə görə? Biz bunu özümüzdən demirik. Nazirliyi Hesablama Palatası yoxlayıb və sənəd də var. Biz yazırıq ki, ürəyimiz ağrayır, hökumətin pulları, bizim pullarımız kiminsə cibinə gedir”.

Qeyd edək ki, ANS televiziyasında Gənclər və İdman Nazirliyində korrupsiya faktı ilə bağlı gedən süjetdən sonra Musavat.com saytında nazirliklə ANS arasında gedən "müharibənin” brend saatların satışı ilə bağlı olduğu barədə yazı yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA