Gələn həftə 3 gün iş olmayacaq

img

30-04-2014 [12:51]


Gələn həftə üç gün qeyri-iş günü olacaq. Bu barədə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.

O bildirib ki, 9 may tarixi Qələbə Günü olduğu üçün həmin gün qeyri-iş günü olacaq. 10-11 may tarixləri isə şənbə və bazar günlərinə təsadüf edir.

Qeyd edək ki, 1945-ci ilin 9 may tarixində SSRİ-də mərkəzi radionun diktoru Yuriy Levitan faşist Almaniyasının tam təslim olması barədə aktı oxuyub və bununla da Böyük Vətən Müharibəsi başa çatıb.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət edib.

Ümumilikdə isə müharibə illərində Azərbaycan döyüşən cəbhəyə 40 mini könüllü olmaqla 600 minə yaxın oğlan və qız göndərib. Onlardan 300 minə yaxını cəbhədə həlak olub(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA