Kukla Teatrında nə baş verir? - Nazirlik və professordan açıqlamalar
09-12-2022 [17:28]
Dekabrın 8-də Kukla Teatrında Mədəniyyət Nazirliyinin teatrda başlatdığı yoxlama ilə bağlı direktor Rəşad Əhmədzadə bir qrup teatr əməkdaşları ilə birlikdə mətbuat konfransı keçirib.
Mia.az xəbər verir ki, konfransda Rəşad Əhmədzadə və teatrın əməkdaşları teatr haqqında səsləndirilən korrupsiya ilə bağlı fikir və iddialarla razılaşmadıqlarını bildiriblər. Direktor, eləcə də teatrın digər əməkdaşları yoxlamanın ciddi təzyiq altında həyata keçirildiyini, yoxlama aparan nazirlik əməkdaşlarının teatr barədə məlumatsız olduqlarını diqqətə çatdırıblar.
Rəşad Əhmədzadə qeyd edib ki, yoxlama başladıqdan sonra nazir Anar Kərimovla görüşüb. Ona dəfələrlə məktub ünvanladığını bildirib, yoxlamanın kökündə yatan səbəblə maraqlanıb.
Nazir isə ona heç bir məktubun çatmadığını, yoxlama ilə bağlı “yuxarı”dan göstəriş verildiyini deyib.
Bizim.Media səsləndirilmiş iddia və fikirlərlə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, kütləvi informasiya vasitələrində Kukla teatrında aparılan işçi qaydada yoxlamalarla bağlı ötən həftələrdə məlumat verilib: “Nazirliyin məsələ ilə bağlı mövqeyi budur. Əlavə şərh olmayacaq”.
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran teatrşünas, professor Aydın Talıbzadə isə deyib ki, bu cür yoxlamların mətbuata sızmasını doğru hesab etmir:
“Bu, xoş olmayan bir hadisədir. Teatr elə bir təşkilat deyil ki, orada nəsə əyinti, çox böyük maddi zərərlər olsun. Hesab edirəm ki, ümumiyyətlə, belə yoxlamaların mətbuata sızması da düzgün deyil. Əgər bir naqislik, yoxlamaya ehtiyac varsa, yerindəcə onu həll etmək, direktora “bunu düzəlt” demək yetərlidir. Bunu respublika miqyasında sensasiyaya çevirmək heç düzgün və xoş deyil”.
Aydın müəllim qeyd edib ki, Kukla Teatrında ciddi nöqsanların olduğunu düşünmür:
“Yoxlama aparılır və əgər hər şey qaydasındadırsa, buna görə narahat olmağa dəyməz. Yoxlamanın təzyiq altında aparılmasına gəldikdə isə, bu, mənim üçün anlaşılmazdır. Axı, niyə Kukla Teatrına və Rəşad Əhmədzadəyə qarşı təzyiq olsun? Əgər nazirlik yoxlama aparırsa, deməli, nəsə var. Ancaq mən Rəşad müəllim yaxşı tanıyıram. Çox təmiz, ləyaqətli, dürüst adamdır. Mən Rəşad müəllimin nəsə əyri bir işi olacağını güman etmirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi