Bəxtiyar Hacıyevin barəsində həbs qərarı verildi - (Yenilənib)

img

09-12-2022 [17:09]


İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.

O bildirib ki, B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: "Hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır".

Hazırda onun saxlanılmasının səbəbi dəqiqləşdirilir.

***

Bəxtiyar Hacıyev saxlanılıb, barəsində cinayət işi açılıb.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.

***

Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Mia.az xəbər veirr ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR