30-04-2014 [11:47]
"İndiki Milli Məclisin əsas fəaliyyəti 1995-ci ildə Azərbaycanın Konstitusiyası qəbul olunduqdan sonra birinci çağırışla başlayıb. "Deputat statusu haqqında” qanun da Milli Məclisə birinci çağırışın tələbləri əsasında formalaşıb”.
Bunu Modern.az-a YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov 1990-1995-ci illərdə Ali Sovetdə deputat olan şəxslərin pensiya təminatında yaranan problemləri şərh edərkən deyib. Onun sözlərinə görə, 1990-cı ilin parlament seçkiləri müstəqillik dövrünə təsadüf etmədiyindən həmin ildə deputat olan insanların pensiya məsələsi əvvəlki qanunvericiliyin tələblərinə uyğun tənzimlənməlidir. YAP rəsmisi Ali Sovetə seçkilərin SSRİ qanunvericiliyi tələbləri çərçivəsində həyata keçirildiyinə diqqət çəkib. O bildirib ki, qanunun geriyə qüvvəsi yoxdur: "Müstəqil Azərbaycanda qanun qəbul olunubsa, ondan sonra deputat seçilən şəxslərə şamil olunur”.
YAP funksioneri "istiqlalçı deputatlar”ın da pensiya və sosial təminatına da toxunub. O, Ali Sovetin deputatlarının müstəqillik illərindəki fəaliyyətinin onların pensiya probleminin həllinə nə dərəcədə təsir edəcəyindən də danışıb: "Qeyri-qanuni olaraq "istiqlalçı deputatlar” parlamentin tərkibini kiçildərək 50 nəfərə endirdi. 350 deputatdan 50-si o vaxtkı Milli Şuraya seçildi. İndi həmin 50 nəfərə təminatın ödənilməsi, yerdə qalan 300-nə isə heç bir təminatın verilməməsi ədalətsizlik olar. Halbuki həmin 350 nəfərin də heç bir fəaliyyəti olmayıb. Onların deputat kimi adı gedib, amma fəaliyyət göstərməyiblər. İndi Azərbaycanda cənab prezident tərəfindən tanınmış insanlara, incəsənət və mədəniyyət nümayəndələrinə, şəhid ailələrinə, veteranlara, bir sözlə bütün sahələrdə çalışan şəxslərə diqqət göstərilir. Bununla da onların sosial şəraiti yaxşılaşır. Bu proses gedir”.
YAP təmsilçisi onu da qeyd edib ki, 1990-1995-ci illərdə deputat olan adamların pensiya məsələsində qanunun yeni formalarını axtarıb tapmaq lazımdır: "50 il Kommunist Partiyasına qulluq edənlər bu gün özünü "istiqlalçı deputat” adlandırır. Ali Sovetdə Azərbaycan müstəqilliyi ilə bağlı məsələ səsə qoyulub və kimlərsə lehinə səs verib. Səsvermənin nəticəsi ilə insan "istiqlalçı” olmur. Hər şeyin əsasında isə qanun dayanır. Pensiya məsələsi də qanun çərçivəsində tənzimlənməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi