İTV-dəki qalmaqal; İsmayıl Ömərov da danışdı

img

30-04-2014 [10:56]


Beynəlxalq daşımaçılıqla məşğul olan "Blue Water Shipping Caspian Ltd” şirkəti İTV-ni məhkəməyə verib. Şirkət televiziyada gördüyü işin müqabilində pul tələb edir. 

İTV isə bunun İsmayıl Ömərovun vaxtında baş verdiyini açıqlayıb: "Məhkəmə prosesinin indiki rəhbərliklə heç bir əlaqəsi yoxdur. Bu hadisə 2012-ci ildə Bakıda keçirilən ”Avroviziya" mahnı müsabiqəsi ilə bağlıdır. O zaman İTV üzərinə bəzi öhdəliklər götürüb. Ancaq bunu yerinə yetirməyib. Hazırda işə məhkəmədə baxılır. Məhkəmənin verəcəyi qərara əsasən işimizi görəcəyik".

İsmayıl Ömərov məsələyə münasibət bildirib. O, açıqlamasında "Bunun mənə dəxli yoxdur, mənim rəhbərliyim dövründə belə şey olmayıb”,- deyib. İsmayıl Ömərov qeyd edib ki, o, bu barədə daha danışmaq istəmir: "Müavinim hər şeyə aydınlıq gətirib. Onu deyə bilərəm ki, deyilənlərin mənə dəxli yoxdur”.(publika.az)




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA