İqtisad Universitetində yeni təyinat, Seyfəddin Qəndilovun bacısı prorektor oldu - ÖZƏL

img

30-04-2014 [10:23]


Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları davam edir. Universitetin rektorunun imzaladığı əmrə əsasən, Səadət Qəndilova ali təhsil ocağının tələbələrlə iş üzrə prorektoru təyin edilib.

Xəbəri universitetin rəsmi saytı yayıb. Bildirilir ki, Səadət Qəndilova 1988-ci ildən ADİU-da fəaliyyət göstərir, 1994-cü ildən "Menecment” kafedrasının dosentidir.

Mia.az xəbər verir ki, Səadət Qəndilova Prezident yanında Dövlət İdarəçilik Akademiyasının sabiq rektoru, mərhum Seyfəddin Qəndilovun bacısıdır.

Mia.az onu da xəbər verir ki, yeni rektor Ədalət Muradovun dəyişiklikləri adıçəkilən xanımla bitmir. Bu barədə xəbərlərimiz olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA