Laçınlı iş adamı məcburi köçkünlərə tibb məntəqəsı açdı - AÇILIŞ

img

30-04-2014 [10:00]


28 aprel 2014-cü il tarixdə Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan  Zərifə  xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibəti ilə  Laçınlı məcburi köçkünlərin  daha sıx məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki  Malıbəy obasında tibb məntəqəsi üçün inşa edilmiş  yeni binanın təntənəli açılış mərasimi olub.

 Mia.az-a daxil olan məlumata görə, "Qartal” tikinti firmasının prezidenti, laçınlı tanınmış iş adamı, xeyriyyəçi Şahin Məmmədovun şəxsi təşəbbüsü və  vəsaiti hesabına tikilən yeni bina, müasir tələblərə uyğun olmaqla yüksək zövq və dizaynla inşa edilib: "Qeyd edilməlidir ki,  laçınlı məcburi köçkünlərə tibbi xidmətin yaxşılaşdırılması məqsədi ilə Taxta körpü ərazisindəki obalardan birində  müasir tipli tibb məntəqəsi üçün  bina inşa edilməsi ilə bağlı  Şahin Məmmədovun təşəbbüsü və bu məqsədlə Laçın Rayon İcra Hakimiyyətinə müraciəti rayon rəhbərliyi tərəfindən razılıqla qarşılanaraq dəstəklənmişdir. Belə ki, Ağcabədi rayonu Taxta körpü ərazisindəki "Şirinqum” adlanan ərazidə     Laçın rayonunun   əsasən Malıbəy, Kamallı və Cağazur kənd inzibati ərazi dairələrindən olmaqla 74 ailə və 312 nəfər  sakinin  məskunlaşdığı  həmin  obalarının Taxtakörpü ərazisindən  uzaq məsafədə yerləşməsi və  ərazidəki tibb müəssisəsi üçün yararlı şərait   olmadığı nəzərə alınaraq həmin tibb məntəqəsi üçün binanın  Malıbəy obasında tikintisinə razılıq verilməklə və müvafiq yer ayrılmışdır.  2013-cü ilin sentyabr ayında "Qartal” firmasının vəsaiti hesabına tikintisinə başlanan tibb məntəqəsi üçün bina bütün standartlara uyğun olmaqla qıssa müddətdə  inşa edilməklə,  tibb avadanlıqları və dərman preparatları ilə təchiz edilmiş,  binanın ətrafında lazımi abadlıq işləri görülmüşdür”.

 Mia.az-a verilən məlumata görə, rayon ictimaiyyəti nümayəndələrinin, tikinti firması əməkdaşlarının, ərazidəki laçınlı məcburi köçkünlərin,  xüsusilə geniş tərkibli rayon səhiyyə işçilərinin iştirakı ilə keçirilən  mərasimi giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayaraq binanın açılışı ilə bağlı tədbir iştirakçılarını təbrik etməklə  "Qartal”  firmasının rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına rayon rəhbərliyi və sakinləri adından təşəkkürünü bildirib.

  Rayon rəsmisi binanın açılışının görkəmli oftamoloq alim, xeyirxah insan Zərifə xanım Əliyevanın anadan olduğu günə təsadüf etməsinin isə  böyük əhəmiyyət kəsb etdiyini qeyd etməklə, bütün tibb işçilərinə Zərifə xanım Əliyeva yolunun layiqli davamçısı olmağı, sakinlərə ləyaqətlə xidmət etməyi tövsiyə edib. Eyni zamanda, Tofiq Mirzəyev bu gün bu tibb məntəqəsi üçün tikilmiş yeni binanın   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi yüksək tövfənin əyani nəticəsi olduğunu qeyd edərək, bu qayğıya görə laçınlı köçkünlər  adından ölkə başçısına dərin minnətdarlığını deyib.. Bununla yanaşı o, Şahin Məmmədov kimi sahibkarların xeyirxah əməllərini yüksək qiymətləndirərək bunun hər kəs üçün nümunə olduğunu xüsusilə qeyd edərək, laçınlı iş adamına bundan da sonra da bütün işlərində yüksək müvəffəqiyyətlər arzulayıb.

 Sonra tədbirdə çıxış edən Qartal” tikinti firmasının Prezidenti Şahin Məmmədov ölkə sahibkarlarının inkişafına  yaratdığı münbit şəraitə görə ölkə  Prezidentinə dərin minnətdarlığını bildirib. Firma rəhbəri əldə etdiyi nailiyyətlərdən təkcə vergi ödəməklə borcunun bitmədiyini gördüyü bu işin bir mənəvi borc olduğunu bildirməklə həyata keçirtdiyi  xeyriyyəçilik missiyasından rahatlıq hissi keçirtdiyini, bu missiyanın  yerinə yetirilməsində ona yaradılan şəraitdən və göstərilən dəstəkdən razı qaldığını, bundan sonrada belə tədbirlərin davam etdiriləcəyini vəd edib. Daha sonra sahibkar imkanlı laçınlıları Taxtakörpü ərazisində yaşayan həmyerlilərinin məişət, yaşayış və iş şəraitlərinin  yaxşılaşdırılması üçün əməli fəaliyyətə səsləyib.

 Bundan sonra tədbirdə çıxış edən tibb işçiləri və ictimaiyyət nümayəndələri də laçınlı iş adamı Şahin Məmmədovun bu xeyriyyəçilik əməlini yüksək qiymətləndirərək təşəkkürlərini bildiriblər.

  Sonda "Qartal” tikinti firmasının Prezidentinə Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı təqdim olunub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA