29-04-2014 [20:19]
Azərbaycanı erməni xüsusi xidmət orqanlarına satmağa çalışanlara nifrət həmişə var. Artıq Milli Təhlükəsizlik Nazirliyi jurnalist Rauf Mirqədirovu «vətənə xəyanət» maddəsi ilə həbs edib. Hazırda araşdırmaların davam etdiyi bir dövrdə polis uzun müddətdir erməni dəyirmanına su tökməklə məşğul olan hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusu ölkədən çıxmaq istəyərkən hava limanında saxlayb. Arif Yunus tutulan kimi özünü xəstəliyə vurduğu üçün xəstəxanaya aparılıb. Leyla Yunus isə dünən sərbəst buraxılıb. Amma Yunusovlarla bağlı maraqlı xəbərlər yayılmaqda davam edir. Leyla Yunusun evində axtarış aparılarkən polisin papağını başından alıb yerə tullaması bu qadının Azərbaycana nifrətini bir daha ortaya qoydu. Axı o papağın üzərində Azərbaycanın atributları var və papaq kişilik rəmzidir. Görünür, Leylanı nə Azərbaycanın atributları, nə də kişilik düşündürür. O sadəcə ölkədən qaça bilməməsinə sözün əsl mənasında yanır.
Məlumat yayılıb ki, aprelin 28-də iki saat ərzində Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza rəsmiləşdirib. Məqsəd isə Leyla və Arif Yunusları ölkədən çıxararaq, onları Fransada yerləşdirmək olub. Verilən məlumatda o da bildirilib ki, bu məsələdə Fransanın Azərbaycandakı səfirliyinə ABŞ-ın Azərbaycandakı səfirliyi də dəstək verib. Mənbə qeyd edib ki, həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, Yunus ailəsinin Azərbaycandan Dohaya yola salınması planlaşdırılıb: "Daha sonra isə onlar Parisə yola salınacaqlarmış”.
Qeyd edək ki, aprelin 28-də saat 23:00 radələrində L.Yunus və həyat yoldaşı Arif Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, həmçinin "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər. Lakin Azərbaycan hüquq-mühafizə orqanları onları hava limanında saxlayıb və geri qaytarıb. DünənL. Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilib. Bir neçə dəqiqə sonra o idarənin binasını tərk edib. 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Arif Yunusun isə xəstəxanadan nə vaxt buraxılacağı bilinmir. Xəstəxananın reanimasiya şöbəsindən bildirilib ki, A.Yunus hələ də reanimasiya şöbəsindədir, palataya köçürülməyib. Onun vəziyyətinin yaxşı olduğu bildirilib. Yunusov Arif Seyfulla oğlu 1955-ci ildə Bakı şəhərində anadan olub, «Sülh və demokratiya institutu»nun Konfliktologiya Departamentinin rəhbəridir. Arif Yunusovun anası, 1932-ci ildə Xocavənd rayonunun Çartaz kəndində anadan olmuş Yunusova Arşalyus Arsenovna milliyyətcə ermənidir. Atası – 1931-ci ildə İsmayıllı rayonunda anadan olmuş Yunusov Seyfulla Əbdüləhəd oğludür. Təqaüdçüdür. Ailə hazırda Bakı şəhəri, Daş karxanası küçəsi ev 772 ünvanda yaşayır. Arifin üç qardaşı var və onların həyat yoldaşları milliyyətcə rusdur. Qardaşlardan – 1956-cı il təvəllüdlü Vaqif və 1959-cu il təvəllüdlü Ramiz (Müsavat Partiyasını üzvü olmuş) ailələri ilə birgə ABŞ-da, digər qardaşı 1962-ci il təvəllüdlü Rafiq Bakı şəhərində yaşayır. Ümumiyyətlə ,milliyyətcə erməni olan şəxslərin Yunusovlar ailəsinə xüsusi təsiri olub. Belə ki, Arif Yunusovun atası erkən yaşlarında valideyinlərini itirib və o, erməni ailəsində böyüyüb.
Arif Yunusun Rusiya, Ermənistan və Dağlıq Qarabağ ərazisində ana qohumları yaşayır. O və onun ailə üzvləri qeyd olunan qohumları ilə Rusiya vasitəsilə məktublaşır, xaricə səfərlər zamanı onlarla görüşür, onların qayğılarını çəkirlər (RF-nin Krasnodar vilayəti, Ustlabinskiy rayonu, Ladojskaya stansiyasında yaşayan Gevorkyan Nadya, Seyran və Qrişa).
21.12.1955-ci ildə Bakı şəhərində anadan olmuş Yunusova Leyla İslam qızı Ş.Bədəlbəyli küçəsi ev 38-də yerləşən «Sülh və demokratiya institut»una (SDİ) rəhbərlik edir. Son dövrlərdə SDİ-nin ofisinin sahəsi qonşu mənzillərin alınması hesabına genişləndirilmiş, yüksək səviyyədə təmir olunmuş, ofisdə güya, kimsəsiz, tənha, qaçqın və məcburi köçkün qadınlara təmənnasız tibbi yardım göstərən «Krizis Mərkəzi» yaradılıb. Yunusovlar xarici təşkilatlarla bank əməliyyatlarını Azərbaycan ərazisində fəaliyyət göstərən xarici kommersiya banklarının vasitəsi ilə həyata keçirirlər. 2002-ci ilin aprelində Arif Yunusun «Most-Bank-Azərbaycan» KB-də şəxsi hesab açıb. 2002-ci il ərzində Leyla Yunusun aldığı qrantların məlum olan ümumi məbləği 107 min ABŞ dolları təşkil edib və bu vəsaitin 2150 dolları Londondan, Karen Ohanyan adlı şəxsdən, «HSBC» Bankının Londondakı mərkəzi ofisi vasitəsi ilə Ermənistandan köçürülüb. Arif Yunusun Ermənistan və «DQR» ərazisində əlaqələri movcuddur. Onlardan Ermənistanın eks Milli Təhlükəsizlik naziri David Şaxnazaryan, Erməni Ümumilli Hərəkatı partiyasının funksionerlərdən biri Ovanes Migityan, Ermənistanda tanınmış şəxs Migen Xaçaturyan, vaxti ilə Ermənistan Ali Sovetində işləmiş Aleksandr İsgəndəryan, həmçinin «DQR»-in Statistika İdarəsinin əməkdaşları və Ermənistanın «Xalq Demokratiyası İnstitutu»nun prezidenti Janna Kirikorovanı qeyd etmək yerinə düşər.
Unutmaq olmaz ki, öz dövlətinə qarşı xəyanət edənlər hər bir ölkədə cəzalandırılır. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatlarının məxfi məlumatlarını Rusiyaya ötürən və bu gün Moskvada gizlənən keçmiş agent Snouder hələ də cəzasızdır. Amma göründüyü kimi, heç bir dövlət xəyanatkarı bağışlamır. Yunusovların ermənilərlə bu qədar açıq və davamlı təmaslarının da «qoxusu gəlməyə» başlayıb.
Elməddin MURADLI
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi