Şok! Dənizdən təhlükə gözlənilir: Zəlzələ qorxusu var

img

29-04-2014 [22:49]


Dünən gecə saatlarında Xəzər dənizində baş verən 3,5 bal gücündə yeraltı təkandan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Sesmoloji Mərkəzinin mütəxəssisləri təcili olaraq araşdırmalara başlayıblar. JAM.AZ xəbər verir ki, bu barədə məlumat AMEA-dakı mənbələrdən daxil olub.

Məlumatlarda deyilir ki, Mərkəzin bir qrup mütəxəssisi bu gün səhər saatlarında Xəzər dənizində zəlzələ ocaqlarını araşdırmaq üçün yola düşüblər. Mənbə bildirib ki, davamlı olaraq dənizin təkində baş verən zəlzələnin öyrənilməsi üçün atılan bu addım, həm də yeni təhlükənin ola biləcəyi barədə əvvəlcədən məlumat toplamaq məqsədi daşıyır.

JAM.AZ-a danışan mənbənin iddiası belədir ki, Seysmoloji Mərkəzdə dənizdə seysmoloji durumun gərgin olduğuna dair əvvəldən məlumatlar olub. Son dövrlər təkanların sayının artması isə prosesin böyük faciələrə gətirib çıxara biləcəyi düşüncəsi yaradıb. O səbəbdən də bu araşdırmalarla proseslə bağlı geniş bilgi əldə etməyə çalışırlar.

Xatırladaq ki, ABŞ-ın məşhur universitetlərindən biri Bakıda apardığı araşdırmaların nəticəsini açıqlayaraq, Azərbaycan paytaxtı ilə bağlı dəhşətli proqnozlar vermişdilər. Həmin proqnozlarda vurğulanırdı ki, Bakını dəhşətli zəlzələ gözləyir və bu kütləvi insan təlafatına gətirib çıxara bilər. Həmçinin Xəzər dənizinin də seysmoloji durumunun ağır olduğu bildirilən hesabatda qeyd edilirdi ki, təhlükə hər an baş verə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA