Sabah hava necə olacaq? - Proqnoz

img

04-12-2022 [12:45]


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Mia.az xəbər verir ki, sabah havanın temperaturu gecə və gündüz 4-6° isti olacaq. Bakıda gecə və gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 777 mm civə sütunundan 775 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR