Siyavuş Novruzov Naxçıvandakı əməliyyatdan danışdı: "Burada hər hansı siyasi oyunbazlığa ehtiyac yoxdur"

img

02-12-2022 [13:04]


“Naxçıvan həssas bölgədir. Həssas bölgə ilə bağlı erməninin öyrətdiyi adamlar fikir söyləyirlər”.

Mia.az xəbər evrir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, Naxçıvan Muxtar Respublikası Prezidentin, dövlətin, dövlətçiliyin arxasındadır, ona sədaqətlidir: “Ona görə də burada hər hansı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Hüquq-mühafizə orqanları başqa rayonlarda, yerlərdə apardığı islahatları orda da aparır. Korrupsiya harada var, ora yoxlanılır. Azərbaycanda neçə nazirlik, neçə komitə yoxlanıldı, yeddi icra başçısı tutuldu. Bunlar da Azərbaycan vətəndaşlarıdır. Xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın”


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı