Sumqayıtda aqressiv ibtidai sinif müəllimi cəzalandırıldı - VİDEO

img

29-04-2014 [17:19]


"İç xəbər”in daha bir işiqlandırdığı problem öz həllini tapıb. Sumqayıtdakı 8 saylı məktəbdəki müəllim valideyn qalmaqalı ilə bağlı kokret addımlar atılıb.

Sumqayıt şəhər 8 saylı məktəbdə valideyn müəllim qalmaqalı ilə bağlı Təhsil Nazirliyi və Sumqayıt Şəhər Təhsil Şöbəsi tərəfindən aparılan araşdırma başa çatıb. "İç xəbər” mövzunu işıqlandırandan sonra tərəflər, valideyn, müəllim və direktor təhsil şöbəsinə dəvət edilib, məsələ təhlil edilıb. Təhsil prosesində buraxdığı nöqsanlara görə, ibtidai sinif müəllimi Leyli Sarıyevaya töhmət, məktəbin direktoru Vəkil İbrahimova isə problemlə bağlı əvvəldən tədbir görmədiyi üçün xəbərdarlıq verilib.

Söhbət 8 saylı orta məktəbdə ibtidai sinif müəllimi Leyli Sarıyeva ilə valideyn Yasəmən Təmiyeva arasında baş verən qalmaqaldan gedir. Valideyn uşağının adıçəkilən müəllim tərəfindən döyüldüyünü və övladının həmin məktəbdən çıxarılmasının tələb edildiyini iddia edirdi.

Direktor və müəllim kollektivi də Leyli Sarıyevanın şagirdlərlə aqressiv davrandığını təsdiq etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA