Rektordan Vasif Talıbovun oğlu barədə açıqlama: "Seymur Talıbovla bağlı məsələ mənim səlahiyyətimdə deyil"

img

01-12-2022 [12:46]


Dünən Naxçıvan Dövlər Universitetinin prorektoru Seymur Talıbovun işdən çıxarılması haqda xəbərlər yayılmışdı. Onun Naxçıvanda baş verən son hadisələr səbəbindən vəzifəsindən azad olunduğu bildirilirdi.

Mia.az bildirir ki, yayılan xəbərlə bağlı Manset.az-ın əməkdaşı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevlə əlaqə saxlayıb: "Seymur müəllimin işdən azad olunması haqda xəbər doğru deyil. Belə bir rəsmi qərar yoxdur. Prorektorun işdən azad olunması məsələsi mənim səlahiyyətimdə deyil, Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Buna baxmayaraq, belə bir rəsmi qərar yoxdur. Seymur müəllum universitetin Beynəlxalq Əlaqələr üzrə prorektorudur".


Digər xəbərlər
SON XƏBƏRLƏR