Şəmsəddin Hacıyevin qızı və qudası işdən çıxarıldı - ÖZƏL (YENİLƏNİB)

img

29-04-2014 [16:51]



Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qudası və qızı işdən uzaqlaşdırılıb.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Şəmsəddin Hacıyevin universitetdəki yaxın ətrafı ilə bərabər, qardaşının qudasını da işdən çıxarıb: «Şəmsəddin Hacıyevin qudası, daha dəqiqi, qardaşının qudası olan Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovu da vəzifəsindən azad etdi. Yeni rektor keçmiş rektorun qudası ilə yanaşı, onun bir neçə həmyerlisini Universitetdəki istedadlar qrupuna rəhbərlik edən qızı Çeşmi xanımı da işdən uzaqlaşdırıb».

Məsələ ilə bağlı Ş.Hacıyevlə əlaqə yaratmaq mümkün olmayıb. Sabiq dekan Müzəffər Məmmədov isə mobil telefonuna edilən zəngə cavab verməyib.

 Tərəfləri dinləməyə hazırıq.

***

Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) sabiq rektoru Şəmsəddin Hacıyevin qudası və qızının universitetdəki postlarından uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Deputat Teleqraf.com-a açıqlamasında bildirib ki, yeni rəhbərlik ADİU-da islahatlar aparır: "Mənim universitetdə iki qohumum işləyir. Qardaşımın qudası Müzəffər Məmmədov və qızım Çeşmə xanım orada çalışırlar. Müzəffər Məmmədovun yerinə başqa adam təyin olunub. Qızım isə adi qrup rəhbəridir, işini davam etdirir".  

***

Mia.az isə universitetdəki rəhbər şəxslərun məlumatına əsaslanaraq qeyd edir ki, sabiq rektorun qudası dekan vəzifəsindən çıxarılıb. M.Məmmədov elə Ş.Hacıyevin rəhbəri olduğu kafedrada adi müəllim kimi saxlanılıb. Onun fəaliyyətinin və hətta elmi işinin də hazırda universitetdə araşdırılması haqda da məlumatlarımız var. O ki qaldı qızına, bu faktın dəqiqləşdirmək də elə çətin deyil...

***

ADİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsindən məsələyə bağlı AZXEBER.COM-a verilən məlumata görə, Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədov bir neçə həftə bundan öncə vəzifəsindən çıxarılıb və bu barədə mətbuata məlumat verili:

"Çeşmə xanım isə, hazırda işdədir və öz işinin başındadır. Onun işdən çıxarılması ilə bağlı yayılan xəbərlər əsassızdır”. 

    span lang="AZ-LATIN"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA