“APA TV”, “Səhiyyə TV”, “Agro TV”, “Vivace” və “ATV+Cinema” kanallarına platforma yayımçısı lisenziyası veriıib

img

30-11-2022 [15:07]


Azərbaycan Respublikası Audiovizual Şurası “APA TV”, “Səhiyyə TV”, “Agro TV”, “Vivace” və “ATV+Cinema” kanallarına platforma yayımçısı lisenziyası verib.

Mia.az xəbər verir ki, bu barədə qərar Audiovizual Şurasının bugünkü iclasında qəbul olunub.

İclasda peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınması məqsədilə “APAMARK” MMC, “Səhiyyə TV” MMC, “Aqro Televiziya və Radio” MMC və “ATV Plus” MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılıb.

Müraciət edən şirkətlər tərəfindən təqdim olunmuş sənədlər və onların məzmunu Şura üzvləri tərəfindən müzakirə olunub.

 Geniş müzakirələrdən sonra peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “APAMARK” MMC-yə (televiziya redaksiyasının adı: “APA TV”), “Səhiyyə TV” MMC-yə (televiziya redaksiyasının adı: “Səhiyyə TV”), “Aqro Televiziya və Radio” MMC-yə (televiziya redaksiyasının adı: “Agro TV”) və “ATV Plus” MMC-yə (televiziya redaksiyalarının adları: “Vivace” və “ATV+Cinema”) verilməsi barədə müvafiq qərarlar qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR