Şəhid ailə başçısı prezident İlham Əliyevdən kömək istəyir

img

29-04-2014 [16:15]




 1992-ci ildə Şuşada Daşaltı əməliyyataında şəhid olan Sabir Rüstəmovun həyat yoldaşı Şükufə Abbasova xərçəngə meyilli vitilgiya xəstəliyinə düçar olan qızı Nilufər üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və ölkəinin birinci xanımı, Heydər Əliyev adına Fondun prezidenti, millət vəkili, xoşməramlı səfir Mehriban Əliyevaya müraciət ünvanlayıb. 

 Möhtərəm cənab prezident! Çox hörmətli Mehriban xanım! Bu müraciəti sizin humanistliyinizə və qayğınıza sığınaraq yazıram. Mən Şükufə Abbasova ailəmlə birlikdə 1992-ci Şuşa şəhərindən qaçqın düşmüşəm. Həyat yoldaşım Sabir Rüstəmov 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olub. Hazırda Bakı şəhərində kirayədə yaşayıram. Şuşa Humanitar Kollecində müəllimə işləyirəm aylıq əmək haqqım 150 manatdır. Bundan başqa prezident tərəfindən şəhid ailələrinə təyin edilən 200 manat təqaüd alıram. İki uşağımı min cür əziyyətlə böyütmüşəm. Hazırda qızım Nilufər xərçəngə meyilli vitilgiya xəstəliyinə düçar olub. Həkimlər bildirirlər ki, qızımın müalicəsi ancaq xaricdə mümkündür. Möhtərəm prezidentimiz, çox hörmətli Mehriban xanım! Sizin humanistliyiniz və qayğıkeşliyiniz hər kəsə bəllidir. Bir aciz ana kimi sizə müraciət edirəm. Mənim qızımın müalicəsi üçün yardımlarınızı əskik etməyin. Qızımın həyatını xilas etməniz üçün onun xaricdə müalicəsini təmin etməyinizi xahiş edirəm. Mənim bir ana kimi son ümid yerim Allah və Sizlərsiz. Hörmətlə Şəhid ailə başçısı Şükufə Abbasova Ünvan Yasamal rayonu H.Cavid prospekti 500, ev-4 mənzil-53. əlaqə (051) 741-01-64, (055) 693-94-93.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA