Deputatlar Cinayət Məcəlləsində nəzərdə tutulan daha bir dəyişikliyə "hə" dedi

img

29-11-2022 [11:54]


Xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluq barədə məlumat cəza təyin edilərkən nəzərə alınacaq.

Mia.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış Cinayət Məcəlləsində dəyişiklik layihəsində öz əksini tapıb.

Qanunun 83-cü maddəsinə (Məhkumluq) təklif olunan dəyişiklikdə qeyd edilib ki, həm Azərbaycan, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycanda qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və ya cəza təyin edilərkən nəzərə alınacaq.

Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR