Fazil Mustafa: "Bakıda hansı köşəyə gedirsən, naxçıvanlıları görürsən"
29-11-2022 [11:27]
“Naxçıvan məsələsi Azərbaycanın son iki ildə apardığı siyasətin müəyyən konturlarını üzə çıxarmağa imkan verir. Azərbaycan birmənalı şəkildə bildirir ki, Qarabağa muxtariyyət verilməyəcək, “Dağlıq Qarabağ” termini tarixdə qalıb. Azərbaycan unitar dövlətdir. Unitar dövlət formasına hansısa presedent saxlamamaq üçün Naxçıvanın hüquqi cəhətdən dəqiq tənzimlənən statusuna qayıtma prosesi müşahidə olunur. “Muxtar bölgə” anlayışının coğrafi mənada dirçəldilməsi prosesi gedir. Çünki Naxçıvana muxtariyyət siyasi mənada etnik mənsubiyyətə görə verilməyib. Köhnə idarəetmə modelindən imtina istiqamətində müəyyən addımlar atılır”.
Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa “TV Müsavat”ın canlı yayımında deyib.
O bildirib ki, əvvələr Naxçıvanda hansısa məmurla bağlı tədbir görülmə imkanları məhdud idi: “Orada rayonların və inzibati idarəetmədə iştirak edən subyektlərin sayı ilə əhalinin sayı mütənasib deyil. Bu da əhalinin yaşayış səviyyəsinə təsir edir. Hətta Sovet dövründə də Naxçıvan dotasiya ilə yaşayırdı. Bu, böyük problemdir. Naxçıvanlıların xeyli hissəsi sosial, iqtisadi şərtlərə görə oranı tərk ediblər. Məsələn, İstanbulda böyük məhəllə yaradıblar. Bakıda hansı köşəyə gedirsən, naxçıvanlıları görürsən. Əhalinin Naxçıvanı tərk etməsinin təhlükəli tərəfi də var, bölgədə olan güc mərkəzlərinin Naxçıvan üzərindən spekulyasiyasını genişləndirmə imkanları yaradır. Rusiyanın, İranın… Hətta “Naxçıvan xalq hərəkatı” adında qondarma bir şey ortaya çıxardılar. Halbuki Naxçıvanın küçə iti belə, İranla birləşmək istəməz. Azərbaycanın bütün bölgələrinə baxsan, Naxçıvan qədər və ya az miqdarda korrupsiya var. Hər yerdə bir formatda çözülür. Naxçıvanda baş verənlər korrupsiyanı həll etmək, inhisarçılığı aradan qaldırmaq kimi tədbirlərlə xarakterizə edilməməlidir. Dövlət kontekstindən yanaşmalıyıq. Korrupsiya məsələsi olsaydı, 3-5 naziri tutmağa ehtiyac yox idi, çağırıb deyirsən ki, istefa ərizəsini yaz. Prezident kifayət qədər qətiyyətli şəxsiyyətdir. Ən odioz fiqurları həbsxanaya göndərmədimi?!”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi