Deputatdan Naxçıvandakı həbslərlə bağlı şərh: "Bu, bizim üçün çox utancverici haldır" - “Naxçıvan son vaxtlar özünü müstəqil bir qurum kimi aparırdı və..."
29-11-2022 [11:05]
Son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının üstünün açılması, həmçinin buna paralel olaraq Muxtar Respublikada bir sıra qurumların ləğvi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Mia.az xəbər verir ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.
Bu prosesin hələ son olmadığı, yaxın günlərdə Naxçıvan Daxili İşlər Nazirliyinin (DİN) də ləğv edilərək DİN Naxçıvan Baş İdarəsinin yaradılacağı ehtimal edilir. Hətta bəzi ekspertlər irəli gedərək Naxçıvan Muxtar Respublikasının statusunun da ləğv olunmasını məsələsini gündəmə gətirilməsinin vacibliyini vurğulayırlar.
Naxçıvanda baş verənlər, aparılan islahatlar, dəyişikliklər barədə Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov “Qafqazinfo”ya danışıb.
DTX-nin Naxçıvanda keçirdiyi əməliyyatların nəticələri barədə danışan deputat qeyd edib ki, baş verənlər bəzi dövlət qurumlarında şəffaflığın olmamasını, korrupsiyanın tüğyan etməsini, rüşvət hallarının olmasını, o cümlədən gömrük sistemində olan problemləri və s. qabarıq şəkildə göstərir:
“Kifayət qədər yoxlamalar olur, Hesablama Palatası, Maliyyə Nazirliyinin, DTX-nin müvafiq qurumları işləyir, yoxlamalar aparır, nöqsanları üzə çıxarılar. Həbslər olur, amma bu, rüşvət, korrupsiya hallarının qarşısını almır. Mən əvvəllər düşünürdüm ki, 44 günlük Vətən müharibəsindən sonra vəziyyət müəyyən qədər yaxşılaşar, amma bunun əksini gördüm, daha çox rüşvətə meylli insanlar peyda olmağa başladı. Bu, bizim üçün çox utancverici haldır. Mən deyərdim ki, Azərbaycanın müstəqilliyinə vurulan zərbədir. Baxmayaraq ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, dövlət başçısı bu məsələlərlə bağlı xəbərdarlıq edir, lakin bu kimi hallar hələ də davam edir. Ona görə də korrupsiya, rüşvətlə əlaqədar çox ciddi tədbirlərin görülməsinə ehtiyac var”.
Deputat Naxçıvandakı qurumların ləğv edilib mərkəzdəki orqanlara birləşdirilməsini, hansısa xidmət növü, idarə kimi orada olmasını müsbət addım kimi dəyərləndirib: “Çünki faktiki olaraq Naxçıvan son vaxtlar özünü müstəqil bir qurum kimi aparırdı və oradan müəyyən informasiyaları, hətta DTX belə ala bilmirdi. Ona görə də orada belə hadisələr (korrupsiya, rüşvətxorluq- red.) baş verirdi. Yəqin ki, Naxçıvandakı digər qurumlar da ləğv olunacaq. Bu qurumlar Mərkəzi İcra Hakimiyyəti orqanında olacaq, orada müvafiq qurumların bir şöbəsi fəaliyyət göstərəcək. Belə də olmalıdır. Çünki yoxlamalarla əlaqədar kifayət qədər ciddi məsələlər üzə çıxıb”.
Naxçıvanın Muxtar Respublika statusunun ləğvi məsələsinə gəldikdə, Vahid Əhmədov buna ehtiyacın olmadığını bildirib:
“Naxçıvanın statusu ilə bağlı konstitusiyaya dəyişiklik edilməlidir, referendum keçirilməlidir. Bu, çox ciddi məsələdir. Lakin mən hələlik bu məsələnin gündəmdə olduğunu düşünmürəm. Hesab edirəm ki, hələlik bu məsələyə ehtiyac da yoxdur. Orada təmizləmə işləri gedir. Əsas odur ki, ora təmizlənsin və normal fəaliyyət göstərsin”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi