Rasim Məmmədov məhkəmədə: "Hər şeyimi vermişəm, özüm də gedib 15 il yatmalıyam?”
28-11-2022 [14:53]
“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxsin vəkilləri müdafiə çıxışı üçün hazır olmadıqlarını deyiblər.
Vəkillər bir sıra vəsatətlərlə çıxış ediblər.
Vəkillər – Pərviz Məmmədov və Zibeydə Sadıqova məhkəmə istintaqının yenilənməsini, iş materiallarında olan iki flaşkarta, Rasim Məmmədovun qeyd dəftərçəsinə və gömrük sənədlərinə baxış keçirilməsini istəyiblər.
Prokuror Orxan Səmədov müdafiə tərəfinin dediklərinin məhkəmə üçün yeni bir məlumat olmadığını vurğulayaraq vəsatətlərin rədd olunmalı olduğunu bildirib.
Məhkəmə vəkillərin qaldırdığı vəsatətləri təmin etməyib.
Bundan sonra Rasim Məmmədov məhkəmədən söz istəyib. Keçmiş şirkət rəhbəri verilmiş ittihamlarla əlaqəsi olmadığını, nə vaxtsa günahsız olduğunu sübut edəcəyini deyib: “Prokuror deyir ki, guya 185 milyon pul götürmüşəm. 185 milyon böyük məbləğdir, qazanılası pul deyil axı. Bir insana onun çəkisinə uyğun ittiham verərlər də… Adamı bu vəziyyətə gətirmək olmaz. Tutulandan bir müddət sonra həm özümün, həm atamın evini satıb zavodun 22 milyon manat borcunu ödəmişəm. Mən başqa neyləməliyəm, hər şeyimi vermişəm, özüm də gedib 15 il yatmalıyam?”
Məhkəmə müdafiə çıxışına hazırlaşmaq üçün vəkillərə dekabrın 5-ə kimi vaxt verib/APA.
Xatırladaq ki, “Baku Steel Company”nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi