"Mədəniyyət kodu-Şuşa" lonqridi İsveçdə uğurla təqdim olundu - FOTO
28-11-2022 [11:34]
İsveç Krallığının paytaxtı Stokholm şəhərinin Sollentuna Bələdiyyəsinin kitabxana zalında "Mədəniyyət kodu-Şuşa" lonqridinin təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyi tərəfindən hazırlanıb.
Tədbirdə Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, səfirliyin əməkdaşları, İsveç akademik mühitinin nümayəndələri, jurnalistlər, ictimai fəallar, türk və Azərbaycan diaspora üzvləri iştirak ediblər.
Tədbiri açan səfir Zaur Əhmədov layihənin "Şuşa İli" çərçivəsində Avropa ictimaiyyəti üçün əhəmiyyəti barədə danışıb, təqdimatın məhz İsveçdə keçirilməsini və lonqriddə Şuşa mədəniyyət kodunun çoxşaxəli mövzularla açılmasını müsbət qiymətləndirib.
"İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyinin sədri və layihənin müəllifi, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova qonaqları salamlayaraq Şuşa şəhərinin bütün Türk dünyasında yüksək mədəni-mənəvi əhəmiyyətinin əsaslarından və Avropa auditoriyası üçün cəlbedici olan amillərindən danışıb. O vurğulayıb ki, Şuşanın mədəniyyət kodu Pənah Əli xanın yaratdığı xoşbəxt şəhər konsepsiyasına əsaslanır. Birliyin sədr müavini Sindi Şükürova Azərbaycan- İsveç münasibətlərinin tarixi və inkişaf yolu haqqında çıxış edərək, Nobel Fondunun təməlini təşkil edən Azərbaycanı İsveç ictimaiyyətinə Şuşa ilə tanıdılmasının zəruriliyini vurğulayıb.
https://codeshusha.com/ saytında yerləşən lonqridin 21 mövzusu 7 bloka bölünüb. Saytın üz qabığındakı Xarı bülbülün hər ləçəyi açılaraq oxucunu yeni mövzulara yönləndirir və hər mövzuya məxsus musiqi səsləndirilir. Mövzular haqqında geniş məlumat verən Şəlalə Həsənovanın dediklərini İsveçdə yaşayan alim Səadət Kərimi İsveç dilində təqdim etdi.
https://codeshusha.com/ saytı rus, isveç və ingilis dillərində hazırlanıb.
Qeyd edək ki, "Mədəniyyət kodu-Şuşa"adlı lonqrid Azərbaycan mediasında yüksək lonqrid standartlarına uyğun hazırlanmış ilk yeni media məhsuludur. Dalma jurnalistikasına uyğun olaraq fitçer üslubunda yazılmış mətn maraqlı fotolar, videoçarxlar, musiqi kompozisiyaları ilə zənginləşdirilib. Bununla yanaşı, xüsusi olaraq internet məkanında ilk dəfə "Şuşa məhəllələri" , "Qarabağ ərazisində Alban kilsələri" interaktiv xəritələri, "Şuşalı musiqiçilərin qızıl nəsli" adlı nəfis infoqrafika hazırlanıb. "Şuşa məhəllələri" xəritəsində şəhərin 17 məhəlləsinin hər biri haqqında məlumat toxunuşla açılır. "Qarabağ ərazisində Alban kilsələri" xəritəsi işgaldan azad edilmiş ərazilərimizdə yerləşən 108 Alban kilsəsinin yerini dəqiq, coğrafi koordinatlarla və hər kilsənin yaranma tarixini göstərir.
"Şuşalı musiqiçilərin qızıl nəsli" infoqrafikası 10 musiqi şəcərəsini göstərir və hər bir nümayəndə haqqında qısa məlumat verir. Bunlarla yanaşı, böyük bəstəkar Süleyman Ələsgərovun nəvəsi, Əməkdar artist Tahir İmanov və 92 yaşlı jurnalist Məryəm Zöhrabbəyova Şuşa barədə xatirələrini bölüşüblər.
Sonda səfirliyin təşkil etdiyi furşet zamanı maraqlı müzakirələr aparılıb və qonaqların sualları cavablandırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi