Nazir brifinqdə: "Şəhidlərin əksəriyyətinin diplomları ailələrinə verilib"

img

25-11-2022 [16:18]


"4-cü kursda oxuyan, lakin kəsri olan, sonradan hərbi xidmətə gedən şəhidlərin əksəriyyətinin diplomları ailələrinə verilib".

Mia.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə Mia.az-ın əməkdaşının sualına cavabda deyib.

Nazir bildirib ki, diplom dövlət sənədidir: "Ailələr üçün simvolik əhəmiyyəti olsa da, nazir olaraq diplom yazıb vermək səlahiyyətim yoxdur. Diplom verilməsi üçün ali məktəbi bitirən şəxs tələbə-məzun sisteminə düşməli və digər prosedurlardan keçməlidir. 4-cü kursda təhsil alan və bir-iki kəsri olan həmin kateqoriyadan olanların ailəsinə diplomlar təqdim edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR