Editor.az 10 yaşını qeyd edir

img

24-11-2022 [19:02]


Bu gün Editor.az informasiya portalı 10 yaşını qeyd edir.

Mia.az xəbər verir ki, informasiya portalı 2012-ci ildə fəaliyyətə başlayıb.

İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

İlk gündən dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspertlər rəyləri təqdim etmək siyasətini həyata keçirən Editor.az, eləcə də xəbərlərində mütəmadi olaraq ölkənin tanınmış mətbu orqanlarına da istinad edir.

Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən Editor.az-ın bütün sosial şəbəkələrdə hesabları mövcuddur və onlar aktiv şəkildə fəaliyyət göstərir.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində portalın Editor TV internet televiziyası fəaliyyətə başlayıb. Müharibənin getdiyi o gərgin günlərdə Editor TV tərəfindən “Youtube” platformasında rus və erməni dillərində düşmənin təxribatçı siyasətini ifşa edən onlarla materiallar hazırlanıb. Hazırlanan materiallar Ermənistan mətbuatının belə gündəmini məşğul edə bilib. Editor.az-ın Azərbaycanın bütün bölgələrində, eləcə də xarici ölkələrdə izləyici auditoriyası var.

Təbrik edirik!


Digər xəbərlər
SON XƏBƏRLƏR