«Azərsu»nun prezidenti işdən çıxarılır

img

29-04-2014 [11:56]


«Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov yaxın günlərdə işdən çıxarılacaq. Onun yerini isə spiker Oqtay Əsədovun yaxın qohumlarından biri tutacaq. Bu barədə JAM.AZ-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, Qorxmaz Hüseynovla bağlı qərarın verilməsinə səbəb «Azərsu» prezidentinin son dövrlər buraxdığı bir sıra səhvlər, iri yeyinti məsələlərində adının qabarıq şəkildə hallanması, habelə nurçularla bağlı şirkətlərlə geniş əlaqələr qurması olub.

Mənbənin sözlərinə görə, ASC rəhbərinin xüsusən də pullarını xaricə çıxarmaq cəhdi də yuxarı dairələrin diqqətindən qaçmayıb. «Avisa» sistemi ilə («obnaliçka») pullarını ölkədən çıxaran Hüseynovun bu hərəkətlərinin üstü açılıb. İcazəsiz milyonlarla vəsaiti başqa bir ölkəyə transfer cəhdi isə ona bağışlanmayıb.

JAM.AZ-a danışan mənbə bildirir ki, Qorxmaz Hüseynovu əvəzləyəcək spikerin qohumunun adı hələlik açıqlanmır. Amma onun bu sahəyə naşı olmadığı deyilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA