KTMT Baş katibi dəyişdi - Stanislav Zası İmanqali Tasmaqambetov əvəzləyib

img

23-11-2022 [18:13]


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi dəyişib.

“Sputnik Armania” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan təşkilata üzv dövlətlərin İrəvanda keçirilən sammitində deyib.

O bildirib ki, Stanislav Zas KTMT-nin Baş katibi kimi üçillik fəaliyyətini başa vurub: “Bundan sonra baş katibin səlahiyyətlərini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”.

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR