Qiymətli Kağızların Emissiyası Sisteminin təqdimatını keçirilib
23-11-2022 [16:57]
Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan Qiymətli Kağızların Emissiyası Sisteminin təqdimatını keçirib.
Mia.az xəbər verir ki, sistemin istifadəyə verilməsi ilə investisiya qiymətli kağızlarının emissiyası prosesində Mərkəzi Bank, Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjası (BFB) tərəfindən emitentlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və bununla da emitentlərə “bir pəncərə” prinsipi xidmətlərin təqdim edilməsi təmin olunacaq.
Bu sistem Mərkəzi Bankın kapital bazarının inkişafına dair starteji planına uyğun olaraq emitentlərə kapital bazarında çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsi məqsədilə kapital bazarı üzrə elektron xidmətlərdən biridir.
Layihə çərçivəsində investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, hüquqi şəxslərin yenidən təşkili zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının Azərbaycan ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsi prosesləri rəqəmsallaşdırılıb.
Sistemdə emitentlərin kapital bazarından maliyyələşmə imkanlarının genişləndirilməsi üçün bir sıra funksionallıqlar yaradılmışdır. Proseslərin elektronlaşması nəticəsində emitentlər yuxarıda qeyd olunan qurumlara mərkəzləşdirilmiş qaydada vahid portal üzərindən müraciət etmək və qurumlar tərəfindən tələb olunan və təkrarlanan sənədləri yalnız bir dəfə sistemə yükləmək imkanı əldə edəcəklər. Həmçinin, sistemdə qiymətli kağızların depozitar sistemində saxlanması və uçotunun aparılması ilə bağlı MDM ilə və qiymətli kağızların listinqi üzrə BFB ilə müqavilələrin elektron qaydada bağlanılması, emissiya prospektlərinin təsdiqi ilə bağlı dövlət rüsumunun sistem üzərindən ödənilməsi və müraciətlə bağlı səlahiyyətlərin sistem vasitəsi ilə üçüncü şəxsə ötürülməsi imkanları yaradılmışdır. Əlavə olaraq, emitentlərin müraciətinin statusu barədə elektron poçt və mesaj formasında mobil telefon vasitəsi ilə məlumatlandırılması və sənədlərin Mərkəzi Bankın digər sistemi olan Məlumatların Elektron Açıqlanması Sistemində açıqlanması kimi funksionallıqlar da nəzərdə tutulub".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi