Bakıda köşkə basqın edən şəxs tutulub

img

23-11-2022 [14:55]


Bakıda köşkə basqın edilib.

Mia.az DİN-ə istinadla bildirir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə noyabrın 19-da saat 4 radələrində Z.Xəlilov küçəsindəki köşklərdən birinə gələn bir nəfərin satıcını əlindəki alətlə hədələyib kassadan 600 manat pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Abbaszadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR