Atasını döyüb öldürən oğul saxlanılıb - Açıqlama (Yenilənib)

img

23-11-2022 [09:47]


Gədəbəy rayonunda atasını döyərək öldürməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Gədəbəy rayon sakini Vaqif Cəfərovun bıçaqla ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirməsi və V. Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları müvafiq araşdırmaya başlayıb. 

İlkin araşdırmalar nəticəsində V. Cəfərovun ölümündə şübhəli bilinən oğlu, 1988-ci il təvəllüdlü Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq  istintaqa təhvil verilib, hazırda rayon prokurorluğunda cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

***

Noyabrın 22-də saat 19 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanada ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olan şəxsin ailə üzvləri tərəfindən döyülməsi ilə bağlı şübhələr müəyyən edilib.

Araşdırmalar davam etdirirlir.

Qeyd edək ki, 1959-cu il təvəllüdlü Vaqif Valeh oğlu Cəfərov həyat yoldaşı, 1963-cü il təvəllüdlü Mehri Cəfərovanı bıçaqlayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR